Müştərilərlə İş və Ofis Koordinatoru
İş rejimi Tam ştat Kateqoriya Müştəri xidməti
Vəzifə haqqında
İş barədə məlumat:
Biz logistika, tədris və turizm sahələrində fəaliyyət göstərən layihələri inkişaf etdiririk və komandamıza məsuliyyətli, ünsiyyətcil və təşəbbüskar əməkdaş axtarırıq.Vəzifə öhdəlikləri
* Müştərilərin telefon, WhatsApp, Instagram və e-mail vasitəsilə müraciətlərini cavablandırmaq;
* Study Room layihəsinin gündəlik fəaliyyətini və rezervasiyalarını koordinasiya etmək;
* Müştərilərə xidmətlər barədə məlumat vermək və müraciətləri yönləndirmək;
* Ofisin gündəlik işini təşkil etmək və nəzarətdə saxlamaq;
* Sənədlərlə və Microsoft Office proqramları ilə işləmək;
* Rəhbərlik tərəfindən verilən inzibati tapşırıqları yerinə yetirmək.
Tələblər:
Təhsil : OrtaYaş : 18 - 40
Cins : Qadın
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
* Rus və ya ingilis dili biliyi üstünlükdür;
* Microsoft Office proqramlarından istifadə bacarığı;
* Güclü ünsiyyət və təşkilatçılıq bacarığı;
* Məsuliyyətli, diqqətli və operativ olmaq;
* Müştəri xidməti və ya ofis işi təcrübəsi üstünlükdür.
İş qrafiki: 10:00–19:00
* Həftədə 6 iş günü
* Ofis: Elmlər Akademiyası metrosunun yaxınlığı
* Əmək haqqı: 400 AZN + bonuslar + layihələrin mənfəətindən % pay
* Sınaq müddətində təlim və dəstək göstərilir.
* Şirkətlə birlikdə inkişaf və karyera yüksəlişi imkanı.
Əgər insanlarla işləməyi sevir, məsuliyyət götürməkdən çəkinmir və inkişaf edən komandada çalışmaq istəyirsinizsə, CV-nizi bizə göndərin.
SS
Sofline Shipping MMC