PC
Prime Cotton
Nəqliyyat çilingəri (Tərtər filialı )
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
Təsvir
- Təmir işlərinin ardıcıllığını planlaşdırmaq;
- Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
- Materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq;
- İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
- İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
- Qüsurlu, köhnəlmiş, zədələnmiş və ya təhlükəli hissələri iş cədvəlinə uyğun şəkildə əvəzləmək, təmir etmək və ya bərkitmək;
- Mexaniki komponentlər və ya hissələri yaxşı vəziyyətdə saxlamaq və ya təmir etmək:
- Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədi ilə texniki xidmət və ya təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun şəkildə müəyyənləşdirmək;
- Tələb olunan spesifikasiyaya uyğun olaraq istismar qaydaları kitabçasında göstərilən qaydada komponentləri və ya hissələri saxlamaq, təmir etmək və ya dəyişmək;
- Texniki vəziyyəti dəqiqləşdirmək məqsədi ilə lazım olduqda yoxlama cihazlarından və avadanlıqlarından istifadə etmək;
- Kənd təsərrüfatı texnikalarının, qoşqu, aqreqat və digər avadanlıqların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, yağlama və bərkitmə işləri aparmaq;
- İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
- Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
- Bütün daxili prosedur, təlimat və qaydalara riayət etmək;
- İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaq və iş yerini təmizləmək.
Tələblər
- Orta və ya peşə təhsili;
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Nəqliyyat vasitələrinin detal və hissələrin bərpa üsullarını, avadanlığın işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri bilməlidir;
- Məsuliyyətli, işgüzar, dürüst və çevik olmalı;
- Komandada işləmək və komanda üzvləri ilə yaxşı ünsiyyət qurmaq, gərgin iş rejimində işləmək bacarıqlarına malik olmaq;
- Kənd təsərrüfatı texnikalarının texniki xüsusiyyətlərini, istismar və təmir qaydalarını bilməlidir.