Azersun Holding Növbə mühəndisi
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
Müəssisə: Şamaxı Dairy Farm MMC
- İstehsal proseslərinin fasiləsiz və səmərəli şəkildə idarə olunmasını təmin edir. Növbə planlamasını həyata keçirir və işçi qüvvəsinin effektiv şəkildə paylanmasını təşkil edir.
- Avadanlıqlarının və maşınlarının düzgün işləməsini izləyir, texniki xidmətin göstərilməsini təmin edir.
- İstehsalın keyfiyyət standartlarına uyğunluğunu təmin etmək üçün mütəmadi nəzarət aparır.
- İstehsalat proseslərində yaranan problemləri müəyyən edir və operativ şəkildə həll edir.
- Növbə keçidlərində işçilərin düzgün istiqamətləndirilməsi və növbələr arası əlaqənin təmin edilməsini təmin edir.
- Xammal və digər istehsalat materiallarının vaxtında təchiz edilməsini təşkil edir və resurs israfını qarşısını alır.
- İstehsalat prosesləri ilə bağlı statistik məlumatları toplayır, təhlil edir və müvafiq hesabatlar hazırlayır.
- İşçi qüvvəsinin təhlükəsizlik və sağlamlıq qaydalarına riayət etməsini təmin edir, əmək mühafizəsi tədbirlərini həyata keçirir.
- İstehsalın məhsuldarlığını artırmaq və prosesin optimallaşdırılması üçün təkliflər hazırlayır və tətbiq edir. .
Xüsusi tələblər
- Ali təhsil (magistr dərəcəsi üstünlükdür).
- Oxşar vəzifədə minimum 3 il iş təcrübəsi.
- Əmək təhlükəsizliyi və istehsalat qaydaları üzrə biliklər.
- Komanda ilə işləmək və işçiləri idarə etmək bacarığı.
- Növbəli iş qrafikində işləmək bacarığı.
- Güclü analitik düşüncə, yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, MS Office sistemində işləmə bacarığı.
A 

Azersun Holding
Emal sənayesi
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir. Qida sektorunda…