SR Scandi-AZ Retail LLCScandi-AZ Retail LLC

Növbə rəhbəri (Mühafizə / Nəzarətçilər)

19 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
26 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş Yeri: SCANDİ-AZ RETAİL LLC

Lokasiya: Azerbaijan

Vəzifənin təsviri

  • Anbar kompleksinin kompleks təhlükəsizliyinin təmin edilməsinə,  mühafizə əməkdaşlarının (nəzarətçilərin) işinin təşkili daxildir ki, bu da buraxılış rejiminə nəzarətə, mal-material dəyərlilərinin (MMD) oğurlanmasının qarşısının alınmasına, obyektin ərazisində qaydanın təmin edilməsinə və fövqəladə hallara operativ reaksiya verilməsinə yönəlib.
  • Avtonəqliyyatın və personalın nəzarət-buraxılış məntəqəsindən (NBM) keçidi üzrə nəzarət-buraxılış rejiminin təmin edilməsi.
  • Oğurluqların, əraziyə icazəsiz daxilolmaların və digər qanunazidd hərəkətlərin qarşısını almaq məqsədilə anbar ərazisinin monitorinqi və patrullanması.
  • Anbar əməkdaşları tərəfindən daxili intizam qaydalarına və əmək intizamına riayət olunmasına nəzarət.
  • Anbarda baş verən hadisələrin və insidentlərin qeydiyyat jurnalının aparılması.
  • Fövqəladə hallar yarandıqda hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə.
  • Mal-material dəyərlilərinin qorunmasının təmin edilməsi və onların xarab olmasının və ya itkisinin qarşısının alınması.
  • Anbara giriş və çıxış zamanı nəqliyyat vasitələrinin və yüklərin yoxlanılması.
  • Pozuntuların və qanunsuz hərəkətlərin araşdırılması və qarşısının alınması.
  • MMD-nin gətirilməsinə və çıxarılmasına nəzarət, müşayiətedici sənədlərin (qaimələrin, yol vərəqələrinin) yoxlanılması.
  • Videomüşahidə sistemlərinin, mühafizə-yanğın siqnalizasiyasının və girişə nəzarət sisteminin (GNS) monitorinqi.
  • Şirkətin reqlamentlərinə riayət etməklə münaqişəli vəziyyətlərin qarşısının alınması
  • Yanğın və həyəcan siqnalizasiyasının işə düşməsinə operativ reaksiya, fövqəladə hallar zamanı personalın təxliyəsində iştirak.
  • Mühafizə postunda təmizliyin və qaydanın saxlanılması.

Tələblər

  • Ümumi orta təhsil
  • Mühafizə sahəsində minimum 5 il iş təcrübəsi.
  • Əməkdaşlara rəhbərlik təcrübəsi
  • Hüquq-mühafizə orqanlarında və ya silahlı qüvvələrdə xidmət təcrübəsi arzuolunandır
  • Məhz iri anbar komplekslərində, logistika terminallarında və ya paylama mərkəzlərində müvafiq iş təcrübəsi
  • Komandada iş prosesini qurmaq, daxili münaqişələri həll etmək, dəqiq tapşırıqlar qoymaq və onların icrasına nəzarət etmək, yeni əməkdaşlar üçün əsas mentorluq aparmaq bacarığı
  • Videomüşahidə və GNS sistemlərindən sərbəst istifadə, ofis proqramları (MS Excel, Word) ilə işləmək bacarığı
  • Yüksək məsuliyyət hissi, dürüstlük, detallara diqqətlilik, stresə davamlılıq, yaxşı görmə yaddaşı,
  • Yaxşı sağlamlıq və fiziki hazırlıq, uzun müddət ayaq üstə qalmağa hazırlıq, anbar kompleksinin böyük ərazisində sürətlə hərəkət etmək qabiliyyəti.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

SR Scandi-AZ Retail LLC
Scandi-AZ Retail LLC

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et