Ödəniş Texnologiyaları və Xidmətləri İdarəsinin Ödəniş texnologiyalarına dəstək şöbəsinin mütəxəssisi
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya İnformasiya texnologiyaları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Kart və ekvayrinq əməliyyatları ilə bağlı müxtəlif sistemlər arasında olan əməliyyatlar üzrə funksionallıqların, servislərin, APİ sorğuların hazırlanması və tətbiqi;
- CMS proqram təminatı üzrə Vendorlar tərəfindən təqdim edilən istifadəçi funksiyalarının və kitabxana fayllarının sistemə yüklənməsi, dəyişdirilməsi;
- CMS (Card Management System) proqram təminatı üzrə sistem inzibatçılığı funksiyasının yerinə yetirilməsi (təlim keçirilməsi təmin olunacaq);
- Yeni texnologiyaların tətbiqi və test edilməsi.
Tələblər
- Ali təhsil;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- İngilis və rus dillərini bilənlərə üstünlük verilir;
- Java, Java Script, SQL, PL/SQL üzrə işləmə bacarığı;
- Web servis, arxitektura növləri (Rest/Soap) barədə biliklərə, APİ Servislərin sorğulanması bacarığına, sorğulama formatları (JSON / XML) barədə anlayışlara malik olmalıdır;
- MQ (Kafka, RabbitMQ) kimi mesajlaşma sistemləri üzrə bilgilərə malik olmalıdır;
- Hər hansı prosessinq sistemi ilə iş təcrübəsi olanlara üstünlük verilir;
- HSM və PCİ DSS prinsiplər haqqında biliklərə malik olanlara üstünlük verilir;
- TCP/İP, SSL/TLS bilikləri olanlara üstünlük verilir;
- Linux əməliyyat sistemi haqqında bilikləri olanlara üstünlük verilir;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Müəyyən edilmiş müddət çərçivəsində tapşırıqları icra etmək bacarığı;
- Yüksək qavrama və analitik düşünmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
XB 
Xalq Bank
Maliyyə və sığorta fəaliyyəti
Bizi seçdiyiniz üçün sizə təşəkkür edirik. 2004-cü ildə əsası qoyulan Xalq Bank, qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrildi.