- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Qonaqpərvərlik
Vəzifə haqqında
EDUGrata Təhsil Mərkəzinin Nəsimi filialına "Ofis meneceri'' və ''Qeydiyyatçı" vəzifəsinə vakansiya mövcuddur.
Vakansiya tələbləri:
- Azərbaycan dilində düzgün danışıq və yazı qaydaları;
- Öyrənmək və araşdırmaq qabiliyyəti;
- Ünsiyyət qura bilmə bacarığı;
- MS Office (Word, Excel əsasən) bilməyi üstünlükdür, əks halda öyrədiləcəkdir;
- Ali təhsil və ya təcrübə şərt deyil, önəmli olan ilk üç şərtin olmasıdır;
- Vakansiya xanımlar üçün nəzərdə tutulub (20-27 yaş daha məqsədə uyğundur);
- Yaşayış ünvanı filiala yaxın olmağı üstünlükdür.
Ünvan:
Nəsimi filialı - Nəsimi küçəsi, 6 mkr, Cavadxan 80, Zərifə Əliyeva adına Göz klinikasının yanı, Zərifə parkı ilə üzbəüz yol.
Qeyd: Mərkəzə yaxın ərazidə yaşayan şəxslərin müraciət etməsi vacibdir.
Vakansiyanın şərtləri:
- Əmək haqqı fiks maaş və bonuslarla tənzimlənir.
(Fiks məbləğ namizədin bilik və bacarıqlarına görə dəyişə bilər)
Bizimlə çalışmağın üstünlükləri:
- Fərdi və komanda şəklində inkişaf
- Əmək müqaviləsi, daim vaxtında ödənilən və artan maaş sistemi
Qeyd:
🔹 Xahiş olunur ki, təhsil sahəsini sevən, təhsilə dəyər qatacağına inanan insanlar müraciət etsinlər.
🔹 Biznesin idarə edilməsi, Menecment, Marketinq və s. kimi ixtisas məzunları və ya Subbakalavrlar (kollec məzunları) vakansiya üçün daha uyğun hesab edilir. Məqsədimiz uzunmüddətli əməkdaşlıqdır.
🔹 Gələcəkdə müəllim kimi çalışmaq istəyən pedaqoji ixtisas məzunları müəllim kimi müraciət etsələr daha faydalıdır.
📌 Vakansiya üçün müraciət etmək istəyən şəxslər [email protected] adresinə
"Nəsimi filialı Ofis meneceri" və ya ''Nəsimi filialı Qeydiyyatçı" başlığı ilə şəkilli CV fayllarını göndərə bilər. CV-ləri göndərən zaman doğum tarixinizi və yaşayış ünvanınızı qeyd etməyi unutmayın.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bu vakansiya əvvəl də yerləşdirilib:
- 20 may 2026 · hellojob.az
- 1 may 2026 (bu elan) · hellojob.az