İkizler Klima MMC Ofis Meneceri / Tender və Kargüzarlıq üzrə Mütəxəssis
Vəzifə haqqında
İkizler Klima MMC-dən vakansiya: Ofis Meneceri tələb olunur
Vəzifə öhdəlikləri:
– Şirkətin inzibati və ofis işlərinin təşkili və koordinasiyası;
– Daxil olan və göndərilən sənədlərin, məktubların və rəsmi yazışmaların hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
– Müqavilələrin, əlavələrin, aktların, təhvil-təslim sənədlərinin, qiymət təkliflərinin və digər hüquqi-texniki sənədlərin hazırlanması;
– Dövlət Satınalmaları Portalında elan olunan tenderlərin gündəlik izlənilməsi, təhlili və şirkətin tenderlərdə iştirakının təşkili;
– Tender sənədlərinin hazırlanması, elektron sistemə yüklənməsi və tender prosesinin sonunadək izlənilməsi;
– Dövlət qurumlarının elektron informasiya sistemləri və portalları ilə işləmək;
– Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər elektron sənədlərin hazırlanması;
– Müştərilər, tərəfdaşlar və dövlət qurumları ilə rəsmi yazışmaların aparılması;
– Gündəlik kassa və xırda maliyyə əməliyyatlarının uçotunun aparılması (tam mühasibatlıq funksiyası nəzərdə tutulmur);
– Rəhbərliyin verdiyi inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
– Ofis sənəd dövriyyəsinin və məlumat bazasının düzgün idarə olunması.
Namizədlərə tələblər:
– Təhsil: Ali təhsil
– İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
– Cins: Xanım namizədlər
– Yaş həddi: 22–40 arası namizədlər
– Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət
– MS Office proqramlarını, xüsusilə Word və Excel proqramlarını yüksək səviyyədə bilmək;
– Elektron hökumət platformaları və digər dövlət portalları ilə işləmək bacarığı;
– Dövlət Satınalmaları Portalında tender prosedurları üzrə iş təcrübəsi üstünlük hesab olunur;
– Elektron qaimə-fakturaların hazırlanması üzrə bilik;
– Rəsmi yazışma və sənədləşmə qaydalarını bilmək;
– Analitik düşünmə, məsuliyyətlilik, operativlik və yüksək təşkilatçılıq bacarığı;
– Komandada işləmək və eyni zamanda müstəqil qərar vermək bacarığı.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Fətəlixanxoyski 101 C
– Nahar şirkət tərəfindən təmin olunur
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 500 manat təşkil edir + 50 AZN nahar pulu
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Ofis Meneceri” yazaraq [email protected] epoçt ünvanına ya da (055)202-80-86 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
