BA Basic AcademyBasic Academy

Ofis Meneceri və Satış üzrə Təcrübəçi (İntern)

14 saat əvvəl yerləşdirilib Mənbə
İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
6 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş şəraiti

  • İş qrafiki: Full-time (Tam iş günü) və ya Part-time (Yarım iş günü) — Əsas şərt daxil olan zənglərə və müraciətlərə baxılmasıdır.
  • Müddət: 2-3 ay (Təcrübə dövrü)
  • Ödəniş: Ödənişsiz (Nəqliyyat/yol xərci akademiya tərəfindən qarşılanır).

Görəcəyiniz işlər (Öhdəliklər):

  •  Akademiyaya gələn daxili və xarici zənglərin vaxtında cavablandırılması, tələbələrin və valideynlərin suallarının yönləndirilməsi;
  •  Sosial şəbəkələrdən və ya digər kanallardan gələn müraciətlərə (mesajlara) baxılması;
  •  Kursların və xidmətlərin tanıdılması, potensial müştərilərlə (tələbələrlə) ilkin satış danışıqlarının aparılması;
  •  Ofisdaxili gündəlik inzibati işlərin təşkilində dəstək.

Namizəddən gözləntilərimiz:

  • Səlis və aydın nitq, xoş ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətli olmaq və daxil olan zənglərə operativ baxa bilmək;
  • Öyrənməyə və özünü inkişaf etdirməyə həvəsli olmaq.

Biz nə təklif edirik?

  • Real iş mühitində satış və ofis menecmenti sahəsində praktiki təcrübə;
  • Mehriban və dəstəkləyici komanda;
  • Yol xərclərinin ödənilməsi;

Təcrübə proqramını uğurla başa vuran namizədə rəsmi Sertifikat və ya Tövsiyə məktubu.

Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində "Təcrübəçi - Ofis meneceri" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

BA Basic Academy
Basic Academy
Təhsil

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et