Basic Academy Ofis Meneceri və Satış üzrə Təcrübəçi (İntern)
Posted 14 h ago Source ↗
Category HR
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
İş şəraiti
- İş qrafiki: Full-time (Tam iş günü) və ya Part-time (Yarım iş günü) — Əsas şərt daxil olan zənglərə və müraciətlərə baxılmasıdır.
- Müddət: 2-3 ay (Təcrübə dövrü)
- Ödəniş: Ödənişsiz (Nəqliyyat/yol xərci akademiya tərəfindən qarşılanır).
Görəcəyiniz işlər (Öhdəliklər):
- Akademiyaya gələn daxili və xarici zənglərin vaxtında cavablandırılması, tələbələrin və valideynlərin suallarının yönləndirilməsi;
- Sosial şəbəkələrdən və ya digər kanallardan gələn müraciətlərə (mesajlara) baxılması;
- Kursların və xidmətlərin tanıdılması, potensial müştərilərlə (tələbələrlə) ilkin satış danışıqlarının aparılması;
- Ofisdaxili gündəlik inzibati işlərin təşkilində dəstək.
Namizəddən gözləntilərimiz:
- Səlis və aydın nitq, xoş ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətli olmaq və daxil olan zənglərə operativ baxa bilmək;
- Öyrənməyə və özünü inkişaf etdirməyə həvəsli olmaq.
Biz nə təklif edirik?
- Real iş mühitində satış və ofis menecmenti sahəsində praktiki təcrübə;
- Mehriban və dəstəkləyici komanda;
- Yol xərclərinin ödənilməsi;
Təcrübə proqramını uğurla başa vuran namizədə rəsmi Sertifikat və ya Tövsiyə məktubu.
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində "Təcrübəçi - Ofis meneceri" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
BA 

Basic Academy
Təhsil