TMŞ Tamstore Marketlər ŞəbəkəsiTamstore Marketlər Şəbəkəsi

Online Satış Şöbəsinə təcrübəçi

2 saat əvvəl yerləşdirilib Mənbə
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
23 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Mağazalarda mövcud olan məhsul məlumatlarının onlayn satış platformalarına (Wolt, Bolt Food) düzgün və vaxtında yüklənməsinin təmin edilməsi;

  • Onlayn satış platformalarında məhsullarla bağlı yaranan uyğunsuzluqların aradan qaldırılması, o cümlədən məhsul şəkillərinin və adlarının aktual məlumatlara uyğun şəkildə yenilənməsi;

  • Gündəlik və aylıq satış məlumatlarının Excel fayllarında müvafiq qaydada qeydiyyatının aparılması

Tələblər:

  • Ali təhsil;

  • Yazılı kommunikasiya bacarığı;

  • Microsoft Excel proqramında orta səviyyədə işləmək bacarığı;

  • İngilis dili biliyi (arzuolunandır).

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 09:00-18:00;

  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Online Satış üzrə təcrübəçi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

TMŞ Tamstore Marketlər Şəbəkəsi
Tamstore Marketlər Şəbəkəsi

Oxşar vakansiyalar

Hamısına bax