Tamstore Marketlər Şəbəkəsi Online Satış Şöbəsinə təcrübəçi
About this role
Əsas vəzifə öhdəlikləri:
Mağazalarda mövcud olan məhsul məlumatlarının onlayn satış platformalarına (Wolt, Bolt Food) düzgün və vaxtında yüklənməsinin təmin edilməsi;
Onlayn satış platformalarında məhsullarla bağlı yaranan uyğunsuzluqların aradan qaldırılması, o cümlədən məhsul şəkillərinin və adlarının aktual məlumatlara uyğun şəkildə yenilənməsi;
Gündəlik və aylıq satış məlumatlarının Excel fayllarında müvafiq qaydada qeydiyyatının aparılması
Tələblər:
Ali təhsil;
Yazılı kommunikasiya bacarığı;
Microsoft Excel proqramında orta səviyyədə işləmək bacarığı;
İngilis dili biliyi (arzuolunandır).
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Online Satış üzrə təcrübəçi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
