Planlama mütəxəssisi
20 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Logistika
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İşin təsviri
- Satış proqnozları, istehsal planları və tarixi məlumatlar əsasında material tələbatını analiz etmək;
- Aylıq və həftəlik istehsal planlarını (MPS) hazırlamaq və icrasına nəzarət etmək;
- Material ehtiyaclarının planlaşdırılmasını (MRP) həyata keçirmək və sistemdə müvafiq tələbləri açmaq;
- Xammal, material və hazır məhsul ehtiyatlarının yetərliliyini mütəmadi izləmək;
- İstehsal prosesini gündəlik monitorinq etmək, plan və fakt göstəricilərini müqayisə etmək;
- Xaricdən idxal olunan hazır məhsullar üzrə sifariş planlaşdırılmasını həyata keçirmək;
- ERP sistemində istehsal və tədarük proseslərinə aid məlumatların düzgünlüyünə nəzarət etmək;
- Analitik hesabatlar hazırlamaq və digər şöbələrdən daxil olan sorğuları operativ cavablandırmaq;
- İstehsal və planlama proseslərinin optimallaşdırılması üzrə təkliflər vermək;
- Təchizat, Satış, Anbar və digər aidiyyəti şöbələrlə effektiv koordinasiyanı təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil (İqtisadiyyat və ya Texniki ixtisas)
- İstehsal planlaması sahəsində minimum 2 il iş təcrübəsi (təchizat və ya idxal planlaması təcrübəsi üstünlükdür);
- MRP anlayışı və ERP sistemləri ilə işləmək bacarığı;
- MS Office proqramlarını, xüsusilə Microsoft Excel-i yüksək səviyyədə bilmək (Power BI biliyi üstünlükdür);
- Güclü analitik və riyazi düşünmə bacarığı;
- İstehsalat prosesləri və mal-material dövriyyəsi haqqında bilik;
- Dəqiqlik, məsuliyyət və detallara yüksək diqqət;
- Komanda daxilində və şöbələrarası effektiv ünsiyyət və koordinasiya bacarığı;
- Azərbaycan dilini peşəkar səviyyədə bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür.
İş şərtləri
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
M 
METAK
Emal sənayesi
Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr,…