M METAKMETAK

Planlama mütəxəssisi

Опубликовано 20 ч. назад Источник
Логистика
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
16 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İşin təsviri

  • Satış proqnozları, istehsal planları və tarixi məlumatlar əsasında material tələbatını analiz etmək;
  • Aylıq və həftəlik istehsal planlarını (MPS) hazırlamaq və icrasına nəzarət etmək;
  • Material ehtiyaclarının planlaşdırılmasını (MRP) həyata keçirmək və sistemdə müvafiq tələbləri açmaq;
  • Xammal, material və hazır məhsul ehtiyatlarının yetərliliyini mütəmadi izləmək;
  • İstehsal prosesini gündəlik monitorinq etmək, plan və fakt göstəricilərini müqayisə etmək;
  • Xaricdən idxal olunan hazır məhsullar üzrə sifariş planlaşdırılmasını həyata keçirmək;
  • ERP sistemində istehsal və tədarük proseslərinə aid məlumatların düzgünlüyünə nəzarət etmək;
  • Analitik hesabatlar hazırlamaq və digər şöbələrdən daxil olan sorğuları operativ cavablandırmaq;
  • İstehsal və planlama proseslərinin optimallaşdırılması üzrə təkliflər vermək;
  • Təchizat, Satış, Anbar və digər aidiyyəti şöbələrlə effektiv koordinasiyanı təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat və ya Texniki ixtisas) 
  • İstehsal planlaması sahəsində minimum 2 il iş təcrübəsi (təchizat və ya idxal planlaması təcrübəsi üstünlükdür);
  • MRP anlayışı və ERP sistemləri ilə işləmək bacarığı;
  • MS Office proqramlarını, xüsusilə Microsoft Excel-i yüksək səviyyədə bilmək (Power BI biliyi üstünlükdür);
  • Güclü analitik və riyazi düşünmə bacarığı;
  • İstehsalat prosesləri və mal-material dövriyyəsi haqqında bilik;
  • Dəqiqlik, məsuliyyət və detallara yüksək diqqət;
  • Komanda daxilində və şöbələrarası effektiv ünsiyyət və koordinasiya bacarığı;
  • Azərbaycan dilini peşəkar səviyyədə bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür.

İş şərtləri

  • 5 günlük iş həftəsi;
  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

M METAK
METAK
Emal sənayesi

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr,…

Похожие вакансии

Смотреть все
Откликнуться