Medco Hospital Group PR və Marketinq Rəhbəri
17 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Marketinq
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Şirkətimizin brend strategiyasını formalaşdıracaq, ictimaiyyətlə əlaqələri və marketinq fəaliyyətlərini vahid strategiya çərçivəsində idarə edəcək peşəkar PR və Marketinq rəhbəri axtarırıq. Bu vəzifə şirkətin bazar mövqeyinin gücləndirilməsi, pasiyent məmnuniyyətinin artırılması, korporativ nüfuzun inkişafı və marketinq nəticələrinin yüksəldilməsi istiqamətində strateji rəhbərliyi əhatə edir.
Vəzifə öhdəlikləri:
- PR və marketinq strategiyasını hazırlamaq və həyata keçirmək;
- Brendin inkişafı və korporativ imicinin idarə olunmasını təmin etmək;
- Marketinq büdcəsini planlaşdırmaq, resursları effektiv idarə etmək və nəticələri qiymətləndirmək;
- Rəqəmsal marketinq, performans marketinqi, SEO, SEM, SMM və kontent strategiyasına rəhbərlik etmək;
- Müştəri cəlbi və loyallığının artırılması üçün marketinq kampaniyalarını planlaşdırmaq və icra etmək;
- Media nümayəndələri, tərəfdaşlar, dövlət qurumları və digər maraqlı tərəflərlə münasibətləri idarə etmək;
- Mətbuat açıqlamaları, müsahibələr, tədbirlər və ictimai kommunikasiya proseslərini koordinasiya etmək;
- Həkimlərin şəxsi brendinin inkişafı və tibbi xidmətlərin effektiv tanıtımı üzrə layihələr hazırlamaq;
- Korporativ tədbirlər, sosial layihələr və maarifləndirici kampaniyaları təşkil etmək;
- Bazar araşdırmaları aparmaq, rəqib analizləri hazırlamaq və yeni inkişaf imkanlarını müəyyənləşdirmək;
- CRM, pasiyent təcrübəsi və reputasiya idarəçiliyi üzrə təşəbbüsləri həyata keçirmək;
- Marketinq və PR komandasını formalaşdırmaq, idarə etmək və inkişaf etdirmək;
- KPI-ların müəyyənləşdirilməsi, performansın monitorinqi və rəhbərliyə analitik hesabatların təqdim edilməsi.
Namizəddən tələblər:
- Marketinq, İctimaiyyətlə Əlaqələr, Biznesin İdarə Olunması və ya əlaqəli sahə üzrə ali təhsil;
- PR və marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi;
- Səhiyyə, xidmət və ya premium xidmət sektorunda təcrübəyə üstünlük verilir;
- Brend idarəçiliyi, strateji marketinq və korporativ kommunikasiya üzrə dərin biliklər;
- Google Analytics, Meta Business Suite, Google Ads, CRM sistemləri və digər marketinq alətləri ilə işləmək bacarığı;
- Güclü analitik düşüncə, liderlik, layihə idarəetməsi və qərarvermə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
- Azərbaycan dilini mükəmməl, İngilis və Rus dillərini bilmək üstünlükdür.
Təklif edirik:
- Rəqabət qabiliyyətli əmək haqqı;
- Rəhbər vəzifədə peşəkar inkişaf və karyera imkanları;
- Müasir iş mühiti və peşəkar komanda;
- Korporativ təlimlər və inkişaf proqramları;
- Klinika xidmətlərindən xüsusi güzəştlər.
- Korporativ telefon və nömrə;
- Nəqliyyat xidməti dəstəyi;
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küç. 45, (Fizuli Residence);
- İş qrafiki: 5 gün (09:00 – 18:00);
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq.
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu yerində “PR və Marketinq Rəhbəri” qeyd edərək CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.

Medco Hospital Group