MP Max PrintMax Print

Project Manager

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Logistika
Aylıq maaş
₼2,000+
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Market, mağaza və digər kommersiya obyektlərinin təmir-tikinti layihələrinin idarə olunması;
  • Layihələrin vaxtında, büdcəyə uyğun və keyfiyyət standartlarına uyğun icrasına nəzarət;
  • Tikinti və təmir işlərinin planlaşdırılması, koordinasiyası və icra prosesinin izlənilməsi;
  • Podratçı və təchizatçılarla işin təşkili və koordinasiyası;
  • Tikinti sahələrinə mütəmadi baxışların keçirilməsi və görülən işlərin yoxlanılması;
  • Layihə üzrə texniki sənədlərin və hesabatların hazırlanması;
  • Material və resurs ehtiyaclarının müəyyənləşdirilməsi və idarə olunması;
  • İşlərin təhlükəsizlik və keyfiyyət standartlarına uyğun icrasına nəzarət;
  • Rəhbərliyə layihələrin gedişatı ilə bağlı mütəmadi hesabatların təqdim edilməsi;
  • Layihə iştirakçıları arasında koordinasiyanın təmin edilməsi və yaranan problemlərin operativ həlli.

Xüsusi tələblər

  • Ali təhsil (İnşaat mühəndisliyi, Memarlıq və ya əlaqəli sahələr üzrə);
  • Tikinti və ya təmir layihələrinin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi;
  • Mühəndislik bilikləri (mütləqdir);
  • Tikinti prosesləri, materiallar və texniki standartlar üzrə biliklər;
  • Layihələrin planlaşdırılması və idarə olunması bacarığı;
  • AutoCAD, MS Office və digər aidiyyəti proqramlarda işləmək bacarığı üstünlükdür;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Güclü ünsiyyət, təşkilatçılıq və liderlik bacarıqları;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Ezamiyyətlərə hazır olmaq.


Təklif edirik
  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Karyera inkişafı və peşəkar yüksəliş imkanları;
  • Böyük həcmli və maraqlı layihələrdə iştirak;
  • Peşəkar və dinamik iş mühiti;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.
Müraciət qaydası
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlərdən mövzu hissəsində “Project Manager” qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Max Print komandasında peşəkar inkişaf və maraqlı layihələrdə iştirak etmək istəyən namizədlərin müraciətlərini gözləyirik.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır

Müraciət etmək üçün: [email protected]
MP Max Print
Max Print
Peşəkar, elmi və texniki fəaliyyətlər

“MAX PRİNT” şirkəti 2005-ci ildə təsis edilmişdir. Hazırda Azərbaycanda aparıcı reklam şirkətlərindən biridir. Şirkətin əsas fəaliyyəti rəqəmsal və iriformatlı çap xidmətləri, promo və korporativ…

Oxşar vakansiyalar

Hamısına bax