Project Manager
Режим работы Полная занятость Опыт 3–5 лет Категория Логистика
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Market, mağaza və digər kommersiya obyektlərinin təmir-tikinti layihələrinin idarə olunması;
- Layihələrin vaxtında, büdcəyə uyğun və keyfiyyət standartlarına uyğun icrasına nəzarət;
- Tikinti və təmir işlərinin planlaşdırılması, koordinasiyası və icra prosesinin izlənilməsi;
- Podratçı və təchizatçılarla işin təşkili və koordinasiyası;
- Tikinti sahələrinə mütəmadi baxışların keçirilməsi və görülən işlərin yoxlanılması;
- Layihə üzrə texniki sənədlərin və hesabatların hazırlanması;
- Material və resurs ehtiyaclarının müəyyənləşdirilməsi və idarə olunması;
- İşlərin təhlükəsizlik və keyfiyyət standartlarına uyğun icrasına nəzarət;
- Rəhbərliyə layihələrin gedişatı ilə bağlı mütəmadi hesabatların təqdim edilməsi;
- Layihə iştirakçıları arasında koordinasiyanın təmin edilməsi və yaranan problemlərin operativ həlli.
Xüsusi tələblər
- Ali təhsil (İnşaat mühəndisliyi, Memarlıq və ya əlaqəli sahələr üzrə);
- Tikinti və ya təmir layihələrinin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi;
- Mühəndislik bilikləri (mütləqdir);
- Tikinti prosesləri, materiallar və texniki standartlar üzrə biliklər;
- Layihələrin planlaşdırılması və idarə olunması bacarığı;
- AutoCAD, MS Office və digər aidiyyəti proqramlarda işləmək bacarığı üstünlükdür;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Güclü ünsiyyət, təşkilatçılıq və liderlik bacarıqları;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
- Ezamiyyətlərə hazır olmaq.
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Karyera inkişafı və peşəkar yüksəliş imkanları;
- Böyük həcmli və maraqlı layihələrdə iştirak;
- Peşəkar və dinamik iş mühiti;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlərdən mövzu hissəsində “Project Manager” qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Max Print komandasında peşəkar inkişaf və maraqlı layihələrdə iştirak etmək istəyən namizədlərin müraciətlərini gözləyirik.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır Müraciət etmək üçün: [email protected]
MP 
Max Print
Peşəkar, elmi və texniki fəaliyyətlər
“MAX PRİNT” şirkəti 2005-ci ildə təsis edilmişdir. Hazırda Azərbaycanda aparıcı reklam şirkətlərindən biridir. Şirkətin əsas fəaliyyəti rəqəmsal və iriformatlı çap xidmətləri, promo və korporativ…