LE
Landau Education Group
Psixoloji xidmətlər üzrə məsləhətçi (Landau school - Hazırlıq Məktəbi)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Təhsil
Vəzifə haqqında
Təsvir
- Şagirdlərin dərs və dərsdənkənar mühitdə, o cümlədən adaptasiya dövründə psixoloji müşahidəsinin aparılması;
- Müraciət əsasında şagirdlərin idrak, emosional-iradi və şəxsiyyət xüsusiyyətlərinin psixoloji diaqnostikasının həyata keçirilməsi;
- Şagirdlər arasında yaranan çətinliklərin (emosional, davranış, sosial) müəyyən edilməsi və uyğun psixoloji dəstəyin göstərilməsi;
- Zorakılığın qarşısının alınması, münaqişələrin həlli, kommunikasiya bacarıqlarının inkişafı mövzularında psixoloji təlim və məşğələlərin təşkili;
- Valideynlərə, müəllimlərə və məktəb rəhbərliyinə şagirdlərlə effektiv ünsiyyət və dəstək strategiyalarının qurulması üzrə psixoloji məsləhətlərin verilməsi;
- Şagirdlərin maraq və meyllərinin müəyyən edilməsi və onların peşə yönümlü inkişafına dəstək göstərilməsi;
- Valideynlər üçün maarifləndirici təlim və görüşlərin (məktəb psixoloqunun rolu, bullinq və s.) təşkili və keçirilməsi;
- Görülən işlər üzrə müvafiq sənədləşmə və hesabatların hazırlanması və təqdim edilməsi;
- Müəllimlərin psixoloji rifahının dəstəklənməsi məqsədilə fərdi məsləhətlərin verilməsi.
Tələblər
- Psixologiya, Sosiologiya və ya Sosial İş ixtisası üzrə ali təhsil;
- Yeniyetmələrlə iş və ya yeniyetmə psixologiyası sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı;
- Valideyn və şagirdlərlə effektiv ünsiyyət qurmaq bacarığı;
- Psixoloji konsultasiya və diaqnostika aparmaq bacarığı;
- Empatiya, dinləmə və müşahidə bacarığı;
- Münaqişələrin həlli və stressə davamlılıq;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 08:00-17:00 (həftədə 5 dəfə);
- Peşəkar inkişaf imkanları;
- Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
- Uşaqlara məktəb endirimləri.
- İş yeri: Landau school 9-11 Hazırlıq Məktəbi, Gənclik.