Qazma üzrə supervayzer
İş rejimi Tam ştat Kateqoriya Mühafizə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Qazma üzrə supervayzerlərin əsas fəaliyyət istiqamətlərinə aşağıdakılar daxil olacaqdır:
- quyunun qazılması prosesinə sahədə fasiləsiz texniki və əməliyyat nəzarətinin həyata keçirilməsi;
- qazma proqramlarının, iş planlarının və gündəlik əməliyyat hesabatlarının yoxlanılması;
- qazma məhlulunun texnoloji parametrlərinin layihəyə uyğun saxlanılmasına nəzarət;
- qoruyucu kəmərlərin endirilməsi, quyu ağzı avadanlıqlarının, atqı xətlərinin və fontana qarşı avadanlıqların sınaqlarının izlənilməsi;
- podratçı və subpodratçı təşkilatların işinin koordinasiya edilməsi və fəaliyyətinə nəzarət;
- alət, avadanlıq, material və personalın vaxtında mobilizasiyasının təmin edilməsinin izlənilməsi;
- layihədən kənarlaşmaların, texniki mürəkkəbləşmələrin və qeyri-məhsuldar vaxt itkilərinin səbəblərinin təhlil edilməsi;
- əməliyyat zamanı yaranan risklərin qiymətləndirilməsi və müvafiq tədbirlərin görülməsi üçün rəhbərliyə operativ məlumat verilməsi;
- əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmasının təmin edilməsi.
Xüsusi tələblər
- Təqdim olunacaq namizədlərin aşağıdakı əsas tələblərə cavab verməsi gözlənilir:
- qazma, neft-qaz mühəndisliyi və ya uyğun texniki sahə üzrə ali təhsil;
- neft və qaz quyularının qazılması üzrə əsaslı praktiki iş təcrübəsi;
- qazma qurğusunda və ya qazma əməliyyatlarına nəzarət sahəsində supervayzerlik təcrübəsi;
- qazma texnologiyaları, quyu konstruksiyası, qazma məhlulları, qoruyucu kəmərlər və fontana qarşı avadanlıqlar üzrə biliklər;
- mürəkkəb və fövqəladə əməliyyat vəziyyətlərində operativ qərarvermə bacarığı;
- podratçı təşkilatlarla işləmək, işçi heyəti koordinasiya etmək və əməliyyat intizamını təmin etmək bacarığı;
- növbəli və rotasiya əsaslı iş rejimində işləmək imkanı;
- müvafiq təhlükəsizlik və peşə sertifikatlarının olması.
SPC 
SOCAR Petrofac Caspian