SPC SOCAR Petrofac CaspianSOCAR Petrofac Caspian

Qazma üzrə supervayzer

Bakı Posted 1 h ago Source
Full-time Security
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vakansiyanın təsviri

  • Qazma üzrə supervayzerlərin əsas fəaliyyət istiqamətlərinə aşağıdakılar daxil olacaqdır:
  • quyunun qazılması prosesinə sahədə fasiləsiz texniki və əməliyyat nəzarətinin həyata keçirilməsi;
  • qazma proqramlarının, iş planlarının və gündəlik əməliyyat hesabatlarının yoxlanılması;
  • qazma məhlulunun texnoloji parametrlərinin layihəyə uyğun saxlanılmasına nəzarət;
  • qoruyucu kəmərlərin endirilməsi, quyu ağzı avadanlıqlarının, atqı xətlərinin və fontana qarşı avadanlıqların sınaqlarının izlənilməsi;
  • podratçı və subpodratçı təşkilatların işinin koordinasiya edilməsi və fəaliyyətinə nəzarət;
  • alət, avadanlıq, material və personalın vaxtında mobilizasiyasının təmin edilməsinin izlənilməsi;
  • layihədən kənarlaşmaların, texniki mürəkkəbləşmələrin və qeyri-məhsuldar vaxt itkilərinin səbəblərinin təhlil edilməsi;
  • əməliyyat zamanı yaranan risklərin qiymətləndirilməsi və müvafiq tədbirlərin görülməsi üçün rəhbərliyə operativ məlumat verilməsi;
  • əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmasının təmin edilməsi.

Xüsusi tələblər

  • Təqdim olunacaq namizədlərin aşağıdakı əsas tələblərə cavab verməsi gözlənilir:
  • qazma, neft-qaz mühəndisliyi və ya uyğun texniki sahə üzrə ali təhsil;
  • neft və qaz quyularının qazılması üzrə əsaslı praktiki iş təcrübəsi;
  • qazma qurğusunda və ya qazma əməliyyatlarına nəzarət sahəsində supervayzerlik təcrübəsi;
  • qazma texnologiyaları, quyu konstruksiyası, qazma məhlulları, qoruyucu kəmərlər və fontana qarşı avadanlıqlar üzrə biliklər;
  • mürəkkəb və fövqəladə əməliyyat vəziyyətlərində operativ qərarvermə bacarığı;
  • podratçı təşkilatlarla işləmək, işçi heyəti koordinasiya etmək və əməliyyat intizamını təmin etmək bacarığı;
  • növbəli və rotasiya əsaslı iş rejimində işləmək imkanı;
  • müvafiq təhlükəsizlik və peşə sertifikatlarının olması.

Müraciət etmək üçün: [email protected]
SPC SOCAR Petrofac Caspian
SOCAR Petrofac Caspian

Similar jobs

See all