R-P R - PharmR - Pharm

Qeydiyyat və Farmakonəzarət üzrə Menecer

16 saat əvvəl yerləşdirilib Mənbə
İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
16 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri

  • Dərman vasitələrinin, tibbi vasitələrin dövlət qeydiyyatı, yenidən qeydiyyatı və qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi üçün tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi. 
  • Qeydiyyat şəhadətnamələrinin etibarlılıq müddətinə nəzarət edilməsi və vaxtında yenilənmə prosesinin təşkili. 
  • Dövlət tənzimləyici orqanlarından daxil olan sorğu və iradlara cavabların hazırlanması və müəyyən olunmuş müddətlərdə təqdim edilməsi. 
  • Dərman vasitələrinin, tibbi vasitələrin qeydiyyat statusu üzrə elektron məlumat bazasının və reyestrin aparılması. 
  • Qeydiyyat prosesləri üzrə daxili normativ prosedurların hazırlanması və yenilənməsində iştirak. 
  • Milli və beynəlxalq tənzimləyici qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi, təhlili və şirkətin fəaliyyətinə tətbiq olunmasının təmin edilməsi. 
  • Dərman vasitələrinin arzuolunmaz reaksiyaları və əlavə təsirləri haqqında məlumatların toplanması, emalı, qeydiyyatı və arxivləşdirilməsi. 
  • Farmakonəzarət üzrə prosedur, təlimat və digər sənədlərin tənzimləyici orqanların tələblərinə uyğun hazırlanması və yenilənməsi. 
  • Farmakonəzarət sistemi üzrə audit və tənzimləyici inspeksiyalarda iştirak. 
  • Qeydiyyat sənədlərinin və farmakonəzarət hesabatlarının müəyyən edilmiş müddətlərdə hazırlanması və təqdim edilməsi. 

Tələblər

  • Ali təhsil (tibb, əczaçılıq ixtisası üzrə). 
  • Qeydiyyat və/və ya farmakonəzarət sahəsində minimum 3 il iş təcrübəsi. 
  • Dərman vasitələrinin qeydiyyatı və farmakonəzarət üzrə Azərbaycan Respublikasının qanunvericiliyini və normativ sənədlərini bilmək. 
  • GVP (Good Pharmacovigilance Practices) prinsiplərini bilmək. 
  • MS Office proqramlarında (Word, Excel, Outlook, PowerPoint) 
  • Azərbaycan, rus və ingilis dillərini bilmək. 
  • Sənədlərlə işləmək, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı. 

Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi Qeydiyyat və Farmakonəzarət üzrə Menecer” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət etmələri xahiş olunur. Sadəcə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

R-P R - Pharm
R - Pharm

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et