SH Shusha Hospitality Group MMCShusha Hospitality Group MMC

Qeydiyyatçı (Şuşa)

Şuşa 4 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 1–3 il Qonaqpərvərlik
Aylıq maaş
₼750+
Son müraciət tarixi
23 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Shusha Hospitality Group MMC-dan vakansiya: Qeydiyyatçı tələb olunur

Vəzifə öhdəlikləri:
– Qonaqların qeydiyyata alınması və oteldən çıxış proseslərini səmərəli şəkildə həyata keçirmək, onları mehriban və peşəkar tərzdə qarşılamaq.
– Qonaqların suallarını cavablandırmaq, şikayətləri operativ şəkildə həll etmək və müsbət qonaq təcrübəsini təmin etmək.
– Oteldə təqdim olunan xidmətlər, kampaniyalar, otaq növləri və xüsusi endirimlər haqqında ətraflı məlumat vermək.
– Rezervasiya sistemini idarə etmək, qonaq məlumatlarını yeniləmək və otaqların düzgün bölüşdürülməsini təmin etmək.
– Gələn zəngləri cavablandırmaq və digər şöbələrlə əlaqələndirmə aparmaq.
– Gündəlik hesabatlar hazırlamaq, nağd əməliyyatları aparmaq və düzgün qeydiyyat aparmaq.
– Otelin daxili qayda və prosedurlarına riayət etmək, təhlükəsizlik, məxfilik və uyğunluğu təmin etmək.

Namizədlərə tələblər:
– Təhsil: Texniki sahədə ali və ya orta ixtisas təhsili;
– İş təcrübəsi: Oxşar sahədə minimum 1 il iş təcrübəsi.
– Azərbaycan və İngilis dillərində sərbəst danışıq qabiliyyəti.
– Yüksək ünsiyyət bacarığı və qonaq yönümlü yanaşma.
– MS Office proqramları və otel idarəetmə proqramlarında (Electra PMS) işləmə bacarığı.

İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Şuşa şəhəri
– Yerləşmə və qidalanma şirkət tərəfindən təmin olunur

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 750 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Qeydiyyatçı” yazaraq [email protected] epoçt ünvanına ya da (051)244-14-12 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil


SH Shusha Hospitality Group MMC
Shusha Hospitality Group MMC

Oxşar vakansiyalar

Hamısına bax