Qrafik dizayner
Təcrübə 1–3 il Kateqoriya Dizayn
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
• İş qrafiki: 6 günlük
• Nahar və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir
• Əmək haqqı: 1000 AZN (net)
• Ünvan: Sulutəpə qəs., R.Allahverdiyev küç., döngə 9/21D
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Öhdəliklər
• Şirkətin sosial media hesabları, reklam kampaniyaları və digər marketinq fəaliyyətləri üçün kreativ vizuallar hazırlamaq • Banner, poster, kataloq, buklet, təqdimat və digər çap və rəqəmsal dizayn materiallarını hazırlamaq • Brend qaydalarına uyğun vizual konseptlər yaratmaq və tətbiq etmək • Foto və video çəkilişlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək • Sosial media platformaları üçün qısa formatlı video kontent hazırlamaq və montaj etmək • Video materialların rəng korreksiyası, səs tənzimlənməsi, keçidlər və digər montaj işlərini yerinə yetirmək • Marketinq komandası ilə birlikdə kreativ ideyaların hazırlanmasında iştirak etmək • Vizual trendləri izləmək və yeni yanaşmaları layihələrdə tətbiq etməkTələblər
• Ali təhsil • İş təcrübəsi: Qrafik dizayn sahəsində minimum 1 il • Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign və ya Figma proqramlarını yüksək səviyyədə bilmək. • Adobe Premiere Pro, Adobe After Effects vəya CapCut proqramlarında video montaj bacarığı • Foto və video çəkilişi üzrə praktiki biliklər • Kreativ düşüncə tərzi və detallara diqqət • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığıÜstünlük hesab olunur
• Motion Design və animasiya bacarıqları • Süni intellekt alətləri (Higgsfield, Runway, Adobe Firefly, Freepik AI və s.) ilə işləmək təcrübəsi • Sosial media trendləri və kontent strategiyası haqqında bilik • Portfolio təqdim edilməsi
C 
Camal LTD
Emal sənayesi
20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı…