ATB Bank Qrafik və Motion Dizayner
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya Dizayn
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Bankın reklam və kommunikasiya kampaniyaları üçün motion qrafika və animasiya həllərinin hazırlanması;
- Sosial media platformaları, rəqəmsal daşıyıcılar, reklam çarxları və təqdimatlar üçün vizual kontentin hazırlanması;
- Kreativ komanda ilə əməkdaşlıq çərçivəsində konseptlərin hazırlanması və uğurla icra edilməsi;
- Brend standartlarına və korporativ vizual identiklik prinsiplərinə uyğun dizayn həllərinin hazırlanması;
- Video montaj və post-production proseslərinin keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirilməsi;
- Mövcud dizayn və motion qrafika trendlərinin davamlı izlənilməsi, müasir yanaşmaların hazırlanmış işlərdə tətbiq edilməsi.
Tələblər
- Motion Design sahəsində minimum 3 il peşəkar iş təcrübəsi;
- Adobe After Effects proqramında yüksək səviyyədə işləmə bacarığı və mürəkkəb motion qrafika layihələrinin icrası üzrə praktiki təcrübə;
- Cinema 4D, Blender və ya analoji 3D proqramlardan ən azı birində işləmək, həmçinin 3D elementləri motion layihələrinə inteqrasiya etmək bacarığı;
- Animasiya prinsipləri, kompozisiya, keçidlər (transitions) və vizual storytelling üzrə güclü nəzəri və praktiki biliklər;
- Reklam kampaniyaları, sosial media məzmunları, məhsul tanıtımları və digər rəqəmsal platformalar üçün motion kontentin hazırlanması üzrə təcrübə;
- UI Motion və rəqəmsal məhsullar üçün animasiya həllərinin hazırlanması təcrübəsi üstünlük hesab olunur;
- Süni intellekt (AI) əsaslı dizayn alətləri ilə işləmək bacarığı üstünlük hesab olunur;
- Adobe After Effects, Illustrator və Photoshop proqramları arasında səmərəli və effektiv iş axını (workflow) qurmaq bacarığı;
- Brendinq və korporativ vizual üslub prinsipləri üzrə biliklər;
- Reklam, sosial media, motion qrafika və 3D layihələrini əhatə edən portfolio təqdim edilməsi mütləqdir.
AB 

ATB Bank
Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi…