"Azərbaycan Hava Yolları" QSC Rabitə mühəndisi
İş rejimi Tam ştat Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Hava limanında rabitə avadanlıqlarının fasiləsiz, etibarlı və səmərəli fəaliyyətini təmin etmək;
- Rabitə sistemlərinin və kabel-xətt qurğularının texniki vəziyyətinə mütəmadi nəzarət etmək;
- Kabel-xətt qurğularında yaranan nasazlıqları operativ şəkildə aşkar etmək və aradan qaldırmaq;
- Rabitə avadanlıqlarında baş verən nasazlıqlar barədə aidiyyəti rəhbərliyi vaxtında məlumatlandırmaq;
- İstifadə olunan materialların sərfiyyatının uçotunu aparmaq və müvafiq hesabatları hazırlamaq;
- Rabitə avadanlıqlarının təhlükəsiz və istismar qaydalarına uyğun istifadəsini təmin etmək;
- Vəzifə öhdəlikləri çərçivəsində verilən digər texniki tapşırıqları icra etmək.
Tələblər
- Elektrotexnika, telekommunikasiya, rabitə və ya digər uyğun mühəndislik ixtisası üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Rabitə avadanlıqları və kabel-xətt sistemlərinin istismarı və texniki xidməti üzrə biliklər;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) işləmək bacarığı;
- Azərbaycan dilini yüksək səviyyədə bilmək;
- İngilis və rus dillərini bilmək üstünlükdür;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Problem həll etmə və analitik düşünmə bacarığı;
- Komandada işləmək, öyrənməyə açıq olmaq və dəyişikliklərə çevik uyğunlaşmaq bacarığı.
İş rejimi: 5 günlük
İş yeri: Lənkəran Beynəlxalq Hava Limanı
AHY 

"Azərbaycan Hava Yolları" QSC
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət…