NAM Academy Receptionist
17 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Qonaqpərvərlik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Yeni açılan tədris mərkəzimiz komandamıza gülərüz, məsuliyyətli və peşəkar Receptionist dəvət edir.
Əgər insanlarla ünsiyyətdən zövq alırsınız, yüksək xidmət mədəniyyətinə sahibsiniz və dinamik mühitdə işləmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri
- Qonaqları, valideynləri və tələbələri nəzakətlə qarşılamaq və istiqamətləndirmək;
- Daxil olan zəngləri və müraciətləri operativ şəkildə cavablandırmaq;
- Qeydiyyat və qəbul prosesində dəstək göstərmək;
- Qəbul zonasının səliqəsini və peşəkar görünüşünü qorumaq;
- Qonaqlara çay, su və digər ikramları nəzakətlə təklif etmək;
- Rəhbərlik tərəfindən verilən inzibati tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
Tələblər
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- İngilis dili biliyi arzuolunandır;
- Qonaqlara çay, kofe təklif edilməsi.
- MS Office proqramları üzrə baza bilikləri;
- Xoşxasiyyətli, gülərüz və yüksək ünsiyyət bacarıqlarına malik olmaq;
- Məsuliyyətli, punktual və səliqəli olmaq;
- Komanda ilə işləmək bacarığı.
Təklif edirik
- Başlanğıc əməkhaqqı: 400 AZN
- Performansa əsaslanan artan əməkhaqqı sistemi
- Peşəkar və müasir iş mühiti;
- Karyera inkişafı və yüksəlmə imkanları;
- Yeni açılan və inkişaf etməkdə olan tədris mərkəzinin ilk komanda üzvlərindən biri olmaq imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
NA 

NAM Academy