SPA Receptionist (SPA qeydiyyatçı)
17 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Qonaqpərvərlik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Wyndham Garden Baku otelinin tərkibində fəaliyyət göstərən Olive SPA Center komandamıza SPA Receptionist (SPA qeydiyyatçı) vəzifəsi üzrə -xanım əməkdaş axtarırıq.
İşin təsviri:
- SPA mərkəzinə gələn qonaqları qarşılayıb, xidmətlər haqqında məlumat vermək
- Rezervasiyaların qəbulunu və qeydiyyat prosesini həyata keçirmək
- Telefon zənglərinə cavab vermək və müvafiq şöbələrlə əlaqələndirmək
- Qonaq məmnuniyyətinin yüksək səviyyədə təmin olunmasına dəstək vermək
Tələblər:
- Qonaqpərvər və ünsiyyətcil olmaq
- İngilis və rus dillərində servis səviyyəsində danışıq bacarığı
- Oxşar sahədə (otel və ya SPA mərkəzi) iş təcrübəsi arzuolunandır
- Gülərüz, məsuliyyətli və komanda ilə işləmə bacarığı
İş şərtləri:
- Həftədə 5 iş gün (növbəli qrafik)
- Rəqabətli əmək haqqı
- Karyera inkişafı və yüksəliş imkanı
İş yeri: Wyndham Garden Baku Hotel – Olive SPA Center
Əgər siz də dinamik və qonaqpərvər komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi “SPA Receptionist” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
WGB 
Wyndham Garden Baku
Mehmanxana və ictimai iaşə xidmətləri