MCT
Middle Corridor Trade LLC

Rəhbər Köməkçisi (Assistent)

5 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
İnsan resursları

Vəzifə haqqında

İş şəraiti

  • Ünvan: Bakı şəhəri
  • İş qrafiki: Tam iş günü (I-V günlər)
  • Əmək haqqı: Müsahibə əsasında (Namizədin bilik və bacarıqlarına uyğun olaraq)

İşin Təsviri və Öhdəliklər:

  • Rəhbərliyin gündəlik iş qrafikinin, görüşlərinin və zənglərinin effektiv planlaşdırılması;
  • Daxil olan rəsmi məktubların, e-maillərin və sənədlərin qəbulu, qeydiyyatı və cavablandırılması;
  • İclasların və işgüzar görüşlərin təşkili, protokolların aparılması və qərarların icrasına nəzarət;
  • Rəhbərliyin tapşırığı ilə tələb olunan hesabatların, sənədlərin və təqdimatların hazırlanması;
  • Şirkətdaxili və xarici korporativ yazışmaların peşəkar səviyyədə idarə olunması;
  • Ofisdaxili inzibati və təşkilati işlərin koordinasiya edilməsi.

Namizədə Dair Tələblər:

  • Təhsil: Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazı və şifahi nitq mədəniyyəti (Rus və ya İngilis dili bilikləri arzuolunandır);
  • Rəqəmsal bacarıqlar: Microsoft Office proqramları (xüsusilə Outlook, Teams, Word, Excel) ilə sərbəst işləmək bacarığı;
  • Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı, işə məsuliyyətli yanaşma, operativlik və konfidensiallıq prinsiplərinə tam riayət edilməsi.

Müvafiq tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Rəhbər köməkçisi" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar

: