Rəqəmsal Çap Operatoru
Vəzifə haqqında
Öhdəliklər
Çapa gələn faylları çap üçün hazırlamaq (ölçülərin yoxlanılması, kəsim xətlərinin hazırlanması, çap parametrlərinin tənzimlənməsi və s.);
Xerox Versant rəqəmsal çap avadanlığında çap prosesini həyata keçirmək;
Çapdan sonrakı işləri yerinə yetirmək (kəsim, qatlama, spiral, yığma, qablaşdırma və digər əl işləri);
Vizitkart, buklet, kataloq, flayer, dəvətnamə, etiket və digər poliqrafiya məhsullarını hazır vəziyyətə gətirmək;
İstehsalat avadanlıqlarından təlimata uyğun istifadə etmək;
Texniki təhlükəsizlik qaydalarına riayət etmək;
Avadanlıqda yaranan nasazlıqlar barədə dərhal məsul şəxsə məlumat vermək;
Görülən işlər üzrə gündəlik hesabat vermək;
İş yerini səliqəli və təmiz saxlamaq;
Zərurət olduqda istehsalat bölməsində digər əməkdaşlara dəstək göstərmək;
Tələblər
Yalnız bəy namizədlər;
Yaş: 20–30;
Kompüterdə işləmək bacarığı;
Dəqiq, məsuliyyətli, çevik və öyrənməyə həvəsli olmaq;
Qrafik fayllarla işləməyə maraq göstərmək;
Adobe Illustrator, CorelDRAW və ya oxşar proqramlarla tanışlıq üstünlük hesab olunur;