1T
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- Meta (Facebook, Instagram), Google və TikTok platformalarında reklam kampaniyalarının hazırlanması, idarə olunması və optimallaşdırılması;
- Hədəf auditoriyanın müəyyənləşdirilməsi və effektiv targetinq strategiyalarının qurulması;
- Reklam kampaniyalarının nəticələrinin təhlili və hesabatların hazırlanması;
- Marketinq fəaliyyətlərinin effektivliyinin artırılması üçün təkliflərin verilməsi;
- Rəqəmsal marketinq trendlərinin izlənilməsi və tətbiqi.
Tələblər:
- Digital Marketing sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Meta Ads, Google Ads və TikTok ads ilə işləmə təcrübəsi;
- Targetinq və performans marketinq üzrə biliklər;
- Google Analytics və digər analitika alətləri ilə işləmək bacarığı;
- Analitik düşüncə və məsuliyyətlilik;
- Azərbaycan dilini sərbəst bilmək, rus və ya ingilis dili biliyi üstünlükdür
Şərtlər:
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək
- Peşəkar inkişaf imkanları;
- Rahat və dinamik iş mühiti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Rəqəmsal Marketing Mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.