ST
Super Toys

Rəqəmsal Marketinq Mütəxəssisi

20 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
₼1,000+
Kateqoriya
Marketinq

Vəzifə haqqında

Super Toys komandası olaraq rəqəmsal marketinq sahəsində təcrübəli, nəticəyönümlü və təşəbbüskar Rəqəmsal Marketinq Mütəxəssisi axtarırıq.

Vəzifə öhdəlikləri

  • Meta Ads və Google Ads kampaniyalarının qurulması, idarə olunması və optimizasiyası
  • TikTok Ads Manager vasitəsilə reklamların planlanması, icrası və nəticələrinin analiz edilməsi.
  • Lead generation və satış yönümlü reklam strategiyalarının hazırlanması
  • Kampaniya performansının gündəlik monitorinqi və optimallaşdırılması
  • A/B testlərin planlaşdırılması və icrası
  • Reklam nəticələrinin təhlili və hesabatların hazırlanması
  • Rəqib analizlərinin aparılması və bazar tendensiyalarının izlənilməsi
  • Kreativ komanda ilə koordinasiyalı işləyərək reklam konseptlərinin hazırlanması
  • Yeni marketinq imkanları və inkişaf istiqamətləri üzrə təkliflərin təqdim edilməsi
  • KPI və performans hədəflərinin icrasına məsul olmaq

Tələblər

  • Yaş: 20-35
  • Digital Marketing sahəsində minimum 1 il iş təcrübəsi
  • Meta Ads Manager ilə peşəkar səviyyədə işləmək bacarığı
  • Google Ads üzrə praktiki təcrübə
  • Google Analytics, GTM və hesabat alətləri ilə işləmək bacarığı
  • TikTok Ads Manager
  • LinkedIn Campaign Manager
  • Analitik düşüncə və dataya əsaslanan qərarvermə bacarığı
  • Yüksək məsuliyyət hissi və təşəbbüskarlıq
  • Tapşırıq gözləyən deyil, həll təklif edən yanaşma
  • Azərbaycan dili sərbəst, ingilis dili arzuolunandır

Təklif edilən şərtlər:

  • İş qrafiki: Tam iş günü
  • Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
  • Karyerada yüksəlmək imkanı
  • Əmək haqqı: 1000 AZN

Mövzu hissəsində “Rəqəmsal Marketinq Mütəxəssisi” qeyd edərək şəkilli CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Əlaqə: 055-220-23-72 (whatsapp) 

Oxşar vakansiyalar

: