AH Arena Hotel GroupArena Hotel Group

Rezervasiya üzrə menecer

11 saat əvvəl yerləşdirilib Mənbə
Qonaqpərvərlik
Aylıq maaş
₼1,000+
Son müraciət tarixi
7 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Arena Hotel Group-da Rezervasiya üzrə menecer vəzifəsini elan etməkdən məmnunluq duyuruq. Rezervasiya üzrə meneceri olaraq siz hotel sənayesində çalışan unudulmaz komandanın bir hissəsi olaraq bütün potensialınızı göstərə bilərsiniz. 

Vəzifə öhdəlikləri:

  • Otelin rezervasiya prosesini beynəlxalq və yerli standartlara uyğun idarə etmək;
  • Gündəlik tapşırıqlara nəzarət etmək və təyin etmək, rezervasiyaları nəzərdən keçirmək və gəliş hesabatlarını idarə etmək;
  • Otel doluluq proqnozlarını hazırlamaq və şirkət/səyahət agenti tarifləri üçün dəqiq hesabatının aparılmasını təmin etmək;
  • Satış və Revenue komandası ilə doluluq, tariflər və qrup rezervasiyaları ilə bağlı əməkdaşlıq etmək;
  • Telefon etiketi və qonaq münasibətlərinin yüksək standartlarını təmin edərək, 
  • Rezervasiya işçilərini hazırlamaq, onlara nəzarət etmək və istiqamətləndirmək. Xidmət Standardları və Prosedurlarını tətbiq etmək üçün işçilərə təlimlər vermək;
  • VIP və təkrar qonaqlar üçün xüsusi sorğuları izləmək və idarə etmək, həmçinin qrup sifarişlərini idarə etmək;
  • Otel siyasətinə uyğun olaraq no-show və ləğvləri nəzərdən keçirmək və həll etmək.
  • Onlayn platformaları idarə etmək və izləmək
  • Bütün əməliyyatların və nağd pul əməliyyatlarının siyasət və prosedurlara uyğun həyata keçirildiyinə əmin olmaq;
  • Xidmət Standardları və Prosedurlarını tətbiq etmək üçün işçilərə təlimlər vermək;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • 100 və daha çox otaq sayı olan hoteldə minimum 2 il təcrübə;
  • Minimum 1 il eyni sahədə idarəetmə təcrübəsi;
  • Gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı və mövcud problemin həllini yerində tapmaq;
  • Yüksək ünsiyyət qabiliyyəti, satış yönümlülük, müştəri məmnuniyyəti, analitik düşünmə bacarıqları;
  • Müvafiq və ya yaxın sahədə Ali təhsil;
  • Azərbaycan, ingilis – əla (Rus dili biliyi əlavə üstünlükdür)
  • Elektra proqramı üzrə təcrübə;
  • Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı;
  • Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı

İş şəraiti

  • Əmək haqqı:1000-1200 AZN
  • Ünvan: Bakı şəhəri, H.Əliyev pr. 115, Bina 187B

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində “Rezervasiya üzrə menecer” göstərilməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.

AH Arena Hotel Group
Arena Hotel Group

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et