Payonix BOKT MMC Risklərin idarə edilməsi üzrə mütəxəssis
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya İnformasiya texnologiyaları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
Fintek sahəsində fəaliyyət göstərən və innovativ maliyyə həlləri təqdim edən şirkətimiz risklərin effektiv idarə olunması və dayanıqlı inkişaf strategiyasını gücləndirmək məqsədilə peşəkar namizəd axtarır.
Şirkət: Baku Pay MMC
Vakansiya: Risklərin idarə edilməsi üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Şirkətin ümumi risk idarəetmə strategiyasının hazırlanması və həyata keçirilməsi
- Kredit, bazar, likvidlik, əməliyyat və texnoloji risklərin kompleks idarə olunması
- Risk idarəetmə siyasət və prosedurlarının hazırlanması və təkmilləşdirilməsi
- Risklərin ölçülməsi, monitorinqi və hesabatlılıq sistemlərinin qurulması
- Risk limitlərinin müəyyən edilməsi və nəzarət mexanizmlərinin tətbiqi
- AML/CFT və digər tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi
- Yeni məhsul və xidmətlərin risk baxımından qiymətləndirilməsi
- Daxili audit və uyğunluq (komplayens) bölmələri ilə koordinasiyanın təmin edilməsi
- Rəhbərliyə müntəzəm risk hesabatlarının təqdim edilməsi
Tələblər
- Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali təhsil
- Risklərin idarə olunması, bankçılıq və ya FinTek sahəsində minimum 2 il iş təcrübəsi
- Risk idarəetmə çərçivələri (ERM, Basel və s.) üzrə dərin biliklər
- Analitik və strateji düşünmə qabiliyyəti
- Maliyyə modelləşdirmə və risk analiz alətləri üzrə təcrübə
- SQL, Excel, BI alətləri və ya proqramlaşdırma bilikləri (Python/R) üstünlükdür
Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək
İş rejimi: 09:00-18:00 ( həftədə 5 gün)
İş yeri: Malibo Residence

Payonix BOKT MMC
Payonix BOKT MMC — Bank Olmayan Kredit Təşkilatı olaraq fəaliyyət göstərir. 2024-cü il may ayında , Azərbaycan Mərkəzi Bankının qərarı ilə “Payonix” MMC-yə BOKT lisenziyası verilmişdir. Şirkətin…