PC Prime CottonPrime Cotton

Risklərin idarə edilməsi üzrə mütəxəssis-Mingəçevir

Mingəçevir 3 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Risklərin təhlili və onların təhlükə ehtimalının qiymətləndirilməsi;
  • Risk xəritələrinin hazırlanması və risklərin prioritetləşdirilməsi;
  • Risklərin təsirini azaltmaq üçün müvafiq tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
  • Risklərə dair məlumat bazasının mütəmadi yenilənməsi;
  • Risklərin idarə olunması ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Risklərin idarə olunması proseslərinin və hesabatlılıq sisteminin düzgün qurulması və nəzarətin təmin edilməsi;
  • Şirkət daxilində risklərin idarə olunması subyektləri arasında kommunikasiyanın təşkili;
  • Risklərin identifikasiyası, təhlili və prioritetləşdirilməsi üçün zəruri sənədlərin toplanması və təhlili;
  • Risk idarəetməsi üzrə limitlər, səlahiyyətlər və risk indikatorlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • Üçüncü tərəf təchizatçıların risk qiymətləndirilməsi və yoxlamalarının koordinasiyası;
  • Risk idarəetmə prosesinin davamlı monitorinqinin aparılması;
  • Bərpaedici tədbirlərin həyata keçirilməsinə və daxili nəzarətin gücləndirilməsinə töhfə vermək;
  • "Prime Cotton" MMC qurumlarının və əməkdaşlarının fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini əks etdirən məlumatların (müvafiq baza, qeydiyyat kitabları və ya sənədlər, hesabatlar, icmal məlumatlar, protokollar və aktlar, sənəd dövriyyəsi və s.) müvafiq normativ-hüquqi sənədlərlə, həmçinin mövcud etibarlı informasiyalarla tutuşdurulması zamanı yarana biləcək risklərin önlənməsi üçün risk matrisalarının hazırlanması;
  • Yoxlamalar üzrə elektron mətnlərin, cədvəllərin və məntiqi analizlərin aparılması üçün risk səviyyəsinin dəyərləndirilməsi hesabatlarının hazırlanmasına müvafiq baza yaratmaq;
  • Risk işinin sistemləşdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;


Tələblər

  • Ali təhsil (Statistika, Riyaziyyat, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
  • Statistik və ya riyazi modelləşdirmə sahəsində təcrübə, analoji sahədə ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində əla, ingilis və rus dillərində yaxşı səviyyədə bilik;
  • Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilik;
  • Məlumat strukturlarının, alqoritmlərin və riyazi problemlərin həlli bacarığı;
  • Excel; Power BI bilikləri;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.


PC Prime Cotton
Prime Cotton
Emal sənayesi

Prime Cotton has more than 25 years of experience in Azerbaijan’s non-oil economy. We are growing, and stockpiling cotton in 15 out of 20 cotton cultivating regions of the country with further…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et