ZP Zeytun PharmaceuticalsZeytun Pharmaceuticals

Risklərin İdarəedilməsi və Daxili Nəzarət üzrə Mütəxəssis/Analitik

13 saat əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
₼1,500+
Son müraciət tarixi
14 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Tələblər

  • Ali iqtisadi təhsil
  • Analitik təhlil sahəsində 5 ildən az olmayan iş stajı
  • Sürücülük vəsiqəsi mütləqdir
  • Yüksək səviyyədə texniki (kompyüter) bacarığı (MS Windovs, MS Office, 1C və s), Beynəlxalq audit standartları (BAS) üzrə üsullar haqqında biliklər
  • Riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklər, özünü tənqidetmə və müstəqilliyi qoruma qabiliyyəti, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı

Vəzifə öhdəlikləri

  • Şirkətin anbarları arasında mal hərəkətinə 1C-proqramı üzrə nəzarət edilməsi  və əməliyyatların düzgünlüyünün yoxlanılması
  • 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət edilməsi və alış qiymətindən aşağı satışın qarşısının alınması
  • Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
  • Alıcılar və satıcılarla münasibətlərdə risklər üzrə informasiyalar haqqında hesabatların hazırlanması
  • Apteklərin yerlərdə audit yoxlamanmasının təşkili, Zeytun Pharmaceuticals MMC-nin tələblərinə uyğun olub olmamasının yoxlanılması
  • Zeytun Pharmaceuticals MMC tərəfindən satılan malların apteklər tərəfindən digər satıcılardan alınmasının aşkar edilməsi və qarşısının alınması
  • Zeytun Pharmaceuticals MMC tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi
  • Zeytun Pharmaceuticals MMC və aptek arasında olan borcların müqayisəsinin aparılması
  • Apteklərdəki mal qalıqlarının verilən limit və depozitə uyğun olub olmamasının yoxlanılması
  • Aptek daxilində mövcud çeşidlərinin, alış qaimələrinin təhlili

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi, 09.00-dan 18.00 kimi;
  • İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin edilir;
  • Əmək Haqqı: 1500-1900 AZN Net

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.

ZP Zeytun Pharmaceuticals
Zeytun Pharmaceuticals
Topdansatış və pərakəndə ticarət

“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı…

Oxşar vakansiyalar

Hamısına bax