Company Satınalma əməliyyatları üzrə menecer (Neft və qaz sahəsi)
Vəzifə haqqında
Şirkətin Neft və qaz sahəsində ümumi əməliyyat strategiyasını formalaşdırır və həyata keçirir, biznesin inkişafı, komanda idarəçiliyi və resursların effektiv bölüşdürülməsinə cavabdehdir. O, həmçinin yeni bazar imkanlarının müəyyənləşdirilməsi və korporativ məqsədlərə nail olunmasında rəhbərliyə dəstək göstərir.
Vəzifə öhdəlikləri:
- Müştəri və əsas podratçılar/tərəfdaşlarla gündəlik əlaqələri təmin edir;
- Müştəri görüşlərində iştirak edərək, nümayəndə qismində çıxış edir;
- Neft və qaz bazarında yeni biznes istiqamətlərini araşdırır, inkişaf etdirir və təşviq edir;
- Artificial Lift Systems layihəsinin idarə edir, aylıq monitorinq və xidmətin koordinasiyasını həyata keçirir;
- Əməliyyat proseslərinin səmərəliliyini artırmaq üçün daxili siyasət və prosedurları hazırlayır və tətbiqini həyata keçirir;
- Şirkətin strateji məqsədlərinə uyğun əməliyyat göstəricilərini (KPI) müəyyənləşdirir və izləyir;
- Müvafiq sahə üzrə peşəkar təqdimatlar hazırlayır;
- Müvafiq hesabatları hazırlayır və rəhbərliyə təqdim edir.
Tələblər:
- Ali təhsil (Neft və qaz sahəsi);
- Neft və qaz sektorunda minimum 8 il texniki təcrübə;
- Rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
- Neft və qaz sahəsində istifadə olunan avadanlıqları bilməlidir;
- Komanda quruculuğu və liderlik bacarığına malik idarəçilik keyfiyyətləri;
- Yeni biznes imkanlarını müəyyənləşdirmək və həyata keçirmək qabiliyyətinə malik strateji və kommersiya yönümlü düşüncə tərzi;
- Güclü kommunikasiya və maraqlı tərəflərlə münasibətlərin idarə olunması bacarıqları;
- Azərbaycan dilini bilməsi zəruridir, İngilis və ya Rus dillərinin bilməsi üstünlükdür.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma əməliyyatları üzrə menecer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oil and Gas company with an extensive experience in upstream operations, drilling, greenfield and brownfield projects. Looking for enthusiactic, witty partners to collaborate in the journey with…