E ERTagroERTagro

Satınalma Rəhbəri (Yerli və Xarici Satınalma)

15 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
22 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Yerli və xarici satınalma proseslərinin planlaşdırılması, təşkili və idarə edilməsi;
  • Yerli və beynəlxalq təchizatçılarla effektiv əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
  • Yeni təchizatçıların araşdırılması, qiymətləndirilməsi və seçim prosesinin həyata keçirilməsi;
  • Qiymət, keyfiyyət və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
  • Müqavilələrin hazırlanması, icrasına nəzarət və satınalma sənədlərinin düzgün idarə olunması;
  • Satınalma strategiyasının hazırlanması və xərclərin optimallaşdırılması;
  • Logistika, maliyyə, anbar və satış şöbələri ilə koordinasiyalı fəaliyyət göstərilməsi;
  • Bazar araşdırmalarının aparılması, qiymət analizlərinin hazırlanması və rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Satınalma komandasının idarə olunması və iş proseslərinin təkmilləşdirilməsi.

Namizədə tələblər:

  • Satınalma sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi;
  • Xarici satınalma və beynəlxalq tədarük prosesləri üzrə praktiki təcrübə;
  • Meyvə-tərəvəz, qida məhsulları və ya FMCG sahəsində iş təcrübəsi mütləqdir;
  • Azərbaycan, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək;
  • Güclü analitik düşüncə, danışıqlar aparmaq və liderlik bacarıqları;
  • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.

Şirkət təklif edir:

  • Əməkhaqqı müsahibə əsasında müəyyən edilir;
  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • Korporativ mobil nömrə;
  • Nahar təminatı;
  • Xarici ezamiyyət imkanları.

İş yeri: Bakı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma Rəhbəri” qeyd etməklə şirkətin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Oxşar vakansiyalar

Hamısına bax