ERTagro Satınalma Rəhbəri (Yerli və Xarici Satınalma)
Posted 15 h ago Source ↗
Category Logistics
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri:
- Yerli və xarici satınalma proseslərinin planlaşdırılması, təşkili və idarə edilməsi;
- Yerli və beynəlxalq təchizatçılarla effektiv əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
- Yeni təchizatçıların araşdırılması, qiymətləndirilməsi və seçim prosesinin həyata keçirilməsi;
- Qiymət, keyfiyyət və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
- Müqavilələrin hazırlanması, icrasına nəzarət və satınalma sənədlərinin düzgün idarə olunması;
- Satınalma strategiyasının hazırlanması və xərclərin optimallaşdırılması;
- Logistika, maliyyə, anbar və satış şöbələri ilə koordinasiyalı fəaliyyət göstərilməsi;
- Bazar araşdırmalarının aparılması, qiymət analizlərinin hazırlanması və rəhbərliyə hesabatların təqdim edilməsi;
- Satınalma komandasının idarə olunması və iş proseslərinin təkmilləşdirilməsi.
Namizədə tələblər:
- Satınalma sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi;
- Xarici satınalma və beynəlxalq tədarük prosesləri üzrə praktiki təcrübə;
- Meyvə-tərəvəz, qida məhsulları və ya FMCG sahəsində iş təcrübəsi mütləqdir;
- Azərbaycan, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək;
- Güclü analitik düşüncə, danışıqlar aparmaq və liderlik bacarıqları;
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
Şirkət təklif edir:
- Əməkhaqqı müsahibə əsasında müəyyən edilir;
- Peşəkar və dinamik iş mühiti;
- Karyera və peşəkar inkişaf imkanları;
- Korporativ mobil nömrə;
- Nahar təminatı;
- Xarici ezamiyyət imkanları.
İş yeri: Bakı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma Rəhbəri” qeyd etməklə şirkətin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
E 

ERTagro