Az - Granata LLCAz - Granata LLC

Satınalma üzrə kiçik mütəxəssis

14 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
₼800+
Son müraciət tarixi
31 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş barədə məlumat:

  • Portfelində olan şirkətlərin satınalma fəaliyyətini yoxlamaq və alışlara nəzarət etmək;
  • Alışların aylıq analizləri, onların hesabat formasının hazırlanması və təqdimatı;
  • Lazımi materialları/xidmətləri  daxili bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
  • Loqistikanın təşkili üçün şirkətlərə dəstək olmaq və qiymətini araşdırmaq;
  • Mallar üzrə texniki məlumat vermək və qiymət araşdırmasını aparmaq;
  • Tədarükçülərlə müqavilələrin bağlanmasına portfelindəki olan şirkətlərə dəstək olmaq;
  • Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət etmək;
  • Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatlar hazırlamaq;
  • Satınalma fəaliyyəti və xərcləri barədə hesabatlar vermək;
  • Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə, tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
  • Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.

Tələblər:

  • Maliyyə, təchizat, logistika üzrə ali təhsil;
  • Kompüter bacarıqları: MS Office proqramları (Excel,Word, Outlook proqramlarını yaxşı bilməli);
  • Əlaqəli sahədə 6 aydan 2 ilə qədər iş təcrübəsi;
  • Azərbaycan dilində rəsmi danışıq və yazışma qabiliyyəti;
  • Sürücülük vəsiqəsinin mövcudluğu və mexanika sürət qutusu olan avtomobili idarə edə bilmək əsas şərtlərdən biridir.

Digər məlumatlar:

  • 5 günlük iş qrafiki (şənbə və bazar günləri istirahətdir); 
  • Əmək haqqı: başlanğıc olaraq 800 - 1000 Azn aralığındadır (müsahibə zamanı namizədin təcrübəsindən, bilik və bacarıqlarından asılı olaraq qərar veriləcəkdir).

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerində "Satınalma üzrə kiçik mütəxəssis" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.

Az - Granata LLC
Az - Granata LLC
Emal sənayesi

2011-ci ildə inşa olunmuş 2.5 hektar sahəni əhatə edən zavod, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. AZGRANATA meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et