Satınalma üzrə mütəxəssis
İş rejimi Tam ştat Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
- Şirkətin ehtiyaclarına uyğun mal, avadanlıq və xidmətlərin satınalma prosesini həyata keçirmək.
- Yerli və xarici təchizatçılarla əlaqələr qurmaq və əməkdaşlığı inkişaf etdirmək.
- Qiymət təkliflərini toplamaq, müqayisəli təhlil aparmaq və ən sərfəli təklifləri seçmək.
- Təchizatçılarla qiymət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə danışıqlar aparmaq.
- Satınalma müqavilələrinin hazırlanması və icrasını izləmək.
- Satınalma sifarişlərini hazırlamaq və icrasına nəzarət etmək.
- Çatdırılma prosesini izləmək, gecikmə və digər problemlərin operativ həllini təmin etmək.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika və ya digər uyğun ixtisaslar üzrə).
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi.
- Azərbaycan dilini sərbəst, ingilis və ya rus dillərindən ən azı birini yaxşı səviyyədə bilmək.
- MS Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı.
- 1C, SAP və ya digər ERP sistemləri ilə işləmək təcrübəsi üstünlükdür.
- Satınalma prosedurları, müqavilələrin hazırlanması və Incoterms qaydaları üzrə biliklər.
- Analitik düşünmə və problem həll etmə bacarığı.
Müraciət etmək üçün CV-lərinizi [email protected] elektron ünvanına göndərin.
A
AMASS MMC