Satınalma və təchizat üzrə aparıcı mütəxəssisi
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
Gündəlik gələn ilkin tələbnamələrin yoxlamaq, analiz etmək və bazar araşdırılması etmək və müvafiq tədarükçülərə məhsullar üzrə sorğular yönləndirmək;
Tədarük prosesi ilə əlaqədar əldə edilmiş paket sənədləri (müqavilə, qiymət razılaşma protokolu, hesab faktura, təvhil-təslim aktı, qüsur aktı və.s) Mhüasibatlıq şöbəsinə təqdim etmək.
Müvafiq ödəniş həyata keçdikdən sonra alınan malların müvafiq anbarlara göndərilməsini həyata keçirmək;
Həftəlik alış siyahısı hazırlamaq və departamentin direktoruna təqdim etmək;
Aylıq nağd hesablaşmalara dair əməliyyatları təsdiq edən sənədlər paketini (mədaxil və məxaric qəbzi və.s) Mühasibatlıq şöbəsinə təqdim etmək;
Tələbnamələrin spesifikasiyasını müəyyənləşdirmək və müvafiq hərəkətlər görmək;
Təsdiq edilmiş tədarükçülərin siyahısını tərtib etmək və departament rəhbərinə təqdim etmək;
Tələb edilən malların zəruriliyinin araşdırılması və Cəmiyyətin aidiyyatı struktur vahidlərini həmin mallarla təmin edilmənin təcililik həddini öyrənmək;
Tədarükçülərdən göndərilmiş həftəlik qiymət razılaşmalarını izləmək;
Sifariş edilən məhsulların vaxtında göndərilməsinə və qəbuluna nəzarət etmək;
Yeni, qiymətcə daha sərfəli əvəzedici məhsulların bazarda araşdırılmasını həyata keçirmək;
Bazarlara daim getmək və tapılmayan və ya tapılması çətin olan məhsullar barədə məlumatları aidiyyatı struktur bölməyə yönləndirmək;
Açıqlanması Cəmiyyətə zərər verə bilən digər kommersiya və xidməti məlumatların qorunmasını təmin etmək;
Tabe olduğu məsul şəxsin göstərişlərinə vaxtında və kefiyyətlə riayət etmək, görülmüş işlərə dair günlük, həftəlik və ya aylıq hesabatlar təqdim etmək.
Tələblər:
Təchizat, logistika üzrə ali təhsil;
Əlaqəli sahədə 4 ildən artıq iş təcrübəsi;
Nəqliyyat vasitələrinə aid alışlarda (ehtiyyat hissələri və s.) bilik və təcrübəsi olanlara üstünlük veriləcəkdir;
Kompüter bacarıqları: MS Office proqramları (Excel,Word, Outlook proqramlarını yaxşı bilməli);
Azərbaycan dilində rəsmi danışıq və yazışma qabiliyyəti. Rus və ingilis dili bilərlərə üstünlük veriləcəkdir;
Sürücülük vəsiqəsinin mövcudluğu və mexanika sürət qutusu olan avtomobili idarə edə bilmək əsas şərtlərdən biridir.
İş şəraiti:
5 günlük iş qrafiki (şənbə və bazar günləri istirahətdir);
Əmək haqqı: 1400-1600 Azn aralığındadır.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerində "Satınalma və təchizat üzrə aparıcı mütəxəssisi" yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.