Catering 145 Group Satınalma və Təchizat üzrə Kiçik Mütəxəssis
16 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Logistika
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifəyə Ümumi Baxış
- Bu vəzifə Catering 145 Group-un istehsalat və catering əməliyyatları üçün gündəlik məhsulların təmin edilməsi prosesində dəstək rolunu əhatə edir. Namizəd satınalma və təchizat proseslərində komanda ilə birlikdə çalışacaq, sifarişlərin hazırlanması və koordinasiyasında iştirak edəcəkdir. İş prosesləri istehsalat, anbar və təchizatçılarla əməkdaşlıq şəklində həyata keçirilir.
Əsas Vəzifə Öhdəlikləri
- Gündəlik ərzaq və qeyri-ərzaq məhsulları üzrə sifarişlərin hazırlanmasında iştirak
- İstehsalat planına uyğun məhsulların təmin olunmasına dəstək
- Təchizatçılarla ilkin əlaqələrin qurulması və kommunikasiya
- Sifarişlərin sistemə daxil edilməsi və sənədləşməyə dəstək
- Anbar və istehsalat komandası ilə koordinasiya
- Stok səviyyəsinin izlənilməsində iştirak
- Bazar araşdırmalarında və alternativ təchizatçıların axtarışında dəstək
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası
Namizədə Dair Tələblər
- Ali təhsil (İqtisadiyyat, Biznes, Təchizat və ya əlaqəli sahə üzrə)
- 22–30 yaş arası bəy namizədlər
- Üstünlükdür: restoran və ya catering sahəsində təcrübə (0–1 il də qəbul olunur)
- MS Office proqramlarında işləmə bacarığı
- Öyrənməyə açıq və məsuliyyətli olmaq
- Komanda ilə işləmə bacarığı
- Azərbaycan dili – ana dili, İngilis dili – orta səviyyə (rus dili üstünlükdür)
Biz Nə Təklif Edirik
- Əməkhaqqı: 700 AZN
- Şirkət tərəfindən təmin olunan nahar
- İş rejimi: həftə içi 5 iş günü, 09:00–18:00
- Rəsmi əmək müqaviləsi
- Öyrənmə və inkişaf imkanı olan iş mühiti
CV-nizi “Satınalma və Təchizat üzrə Kiçik Mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Catering 145 Group