Caspian Cable Systems Satış əməliyyatçısı
1 gün əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Müştəri xidməti
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- Satış üzrə sorğuların analizi və qiymət təklifinin hazırlanması
- Müəssisənin keyfiyyət şöbəsi ilə birgə kabel çeşidlərinin analizi və müştəri istəyinə uyğun markalanmaların dəqiqləşdirilməsi
- Satışla bağlı müştərilərlə mütəmadi əlaqə yaradılması
- Tender sorğularının analizi, tender təkliflərinin hazırlanması və tender sənədlərinin hazırlanması
- Şirkətlərin sorğu və tender portallarına məlumatların işlənilməsi
- Müştərilərlə yaranmış problemlərin araşdırılması və həllinə çalışmaq
- Aylıq hesabatların rəhbərliyə təqdim edilməsi
Təhsil tələbləri:
- Bakalavr (energetika və ya mühəndislik üzrə ali təhsil)
Staja dair tələb:
- Satış və ya bənzər sahədə ən azı 1illik iş təcrübəsi
İxtisas səriştələri:
- Effektiv ünsiyyət
- Satış bilikləri
- Təqdimetmə
- Operativlik
- Dəqiqlik
Kompüter biliklərinə dair tələblər:
- MS Office
- Outlook
- ERP
Dil bilikləri:
- Səlis Azərbaycan dili, İngilis dili biliyi isə üstünlükdür.
İş şərtləri:
- 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
- Əmək haqqı: fiks 525 AZN və aylıq bonuslar
- İş yeri N. Nərimanov rayonu Ə.Rəcəbli 156A ünvanında yerləşir.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Satış əməliyyatçısı” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
CCS 

Caspian Cable Systems
Emal sənayesi
Azərbaycan Respublikası, Abşeron rayonunda yerləşən “Caspian Cable MMC”, enerji və inşaat sektorunda Azərbaycan bazarının qabaqcıl firmalarından biridir. 80 000 m2 açıq, 10 000 m2 qapalı sahədə…