H HRENGINEERING MMCHRENGINEERING MMC

Satış Meneceri

17 saat əvvəl yerləşdirilib Mənbə
Müştəri xidməti
Aylıq maaş
₼1,500+
Son müraciət tarixi
14 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İşin təsviri:

  • Şirkətimizin Fintech məhsullarının korporativ müştərilərə satışını həyata keçirəcək aktiv və nəticəyönümlü satış mütəxəssisi axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Yeni korporativ müştərilərin axtarışı və əlaqələrin qurulması;
  • Şirkət məhsul və xidmətlərinin təqdimatı və satışı;
  • Müştərilərlə görüşlərin keçirilməsi, təkliflərin hazırlanması və müqavilələrin bağlanması;
  • Banklar, iri şirkətlər və digər korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və idarə edilməsi;
  • Satış prosesinin CRM sistemi üzərindən idarə olunması;
  • Kommersiya təklifləri, müqavilələr və müştərinin sistemə inteqrasiyası proseslərinin izlənilməsi;
  • Satış planlarının icrası və müştəri bazasının genişləndirilməsi;
  • Müştəri münasibətlərinin uzunmüddətli və səmərəli idarə olunması.

Tələblər:

  • B2B satış sahəsində ən azı 3 il təcrübə;
  • Fintech, bankçılıq və ya ödəniş sistemləri sahəsində təcrübəyə üstünlük verilir;
  • Əldə real müştəri bazası və şirkətlərlə aktiv əlaqələr;
  • CRM sistemləri ilə işləmək təcrübəsi;
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar bacarığı;
  • Bazar haqqında bilik və yeni fürsətləri görmək bacarığı;
  • Azərbaycan dili səlis, rus və ingilis dilləri üstünlükdür.

Şərtlər:

  • 1500 AZN net əmək haqqı;
  • Performansa əsaslanan bonus sistemi;
  • Limitsiz qazanc imkanı: uğurlu satışlarla yüksək gəlir;
  • 3 aylıq satış hədəflərinin icrasına uyğun mükafatlandırma;
  • Geniş bazada satış etmək və öz əlaqələrindən maksimum faydalanmaq imkanı;
  • Uzunmüddətli əməkdaşlıq və motivasiyaedici şərtlər.
  • Xidmət sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir

Müraciət üçün CV-lərinizi Korporativ satış meneceri başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

H HRENGINEERING MMC
HRENGINEERING MMC

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et