FM1 Tour MMC Satış meneceri (outgoing)
Təcrübə 1–3 il Kateqoriya Qonaqpərvərlik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiya – Outgoing Satış Meneceri
Şirkət:FM1 TOUR MMC
Komandamıza turizm sahəsində təcrübəli, satış bacarıqları yüksək olan Satış Meneceri axtarırıq.
Təklif edirik:
- Əməkhaqqı 800-1500
- Satışdan əlavə bonus sistemi;
- Rahat iş mühiti və peşəkar inkişaf imkanı;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
İş qrafiki: Həftədə 6 iş günü, 10:00-18:00
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçtuna göndərə bilərlər.
Mövzu hissəsində: "Satış Meneceri" qeyd etməyiniz xahiş olunur
Öhdəliklər
· Xarici istiqamətlər üzrə tur paketlərinin hazırlanması və satışı;
· Müştərilərə ölkələr, vizalar, aviabiletlər, otellər və səyahət proqramları barədə ətraflı məlumat vermək;
· Aviabilet, otel rezervasiyası, transfer və sığorta xidmətlərinin təşkili;
· Müştərilərlə davamlı əlaqələrin qurulması və yüksək xidmət göstərilməsi;
· Satış planının icrası və yeni müştərilərin cəlb edilməsi.
Tələblər
- Turizm sahəsində minimum 2 il iş təcrübəsi (təcrübəsi olmayan və yaxud turizm ilə əlaqəsi olmayan şəxslər müraciət etməsin)
- Satış sahəsində güclü bacarıqlar;
- Azərbaycan dilini sərbəst bilmək (rus və ingilis dili biliyi üstünlükdür);
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, ünsiyyətcil və nəticəyönümlü olmaq.
FT 

FM1 Tour MMC