MS My Shops MMCMy Shops MMC

Satış məsləhətçisi (elektronika)- City Park Mall

6 saat əvvəl yerləşdirilib Mənbə
İnformasiya texnologiyaları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
15 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifələr və məsuliyyətlər

  • Mağazada satış prosesinin peşəkar şəkildə icra olunması.

  • Müştərilərlə fərdi yanaşma əsasında münasibət qurmaq və onları düzgün yönləndirmək

  • Müştərilərə məhsulların xüsusiyyətlərini, üstünlüklərini və zəmanət şərtlərini izah etmək.

  • Mağazada təqdim olunan məhsulların dizayna uyğun və təmiz şəkildə düzülməsinə, ümumi vizual görünüşünə nəzarət etmək.

  • Yüksək satış hədəflərinə çatmaq üçün aktiv və təşəbbüskar olmaq.

  • Müştəri şikayət və sorğularını cavablandırmaq.

  • Şirkət daxilində satış meneceri və digər şöbələrlə effektiv əməkdaşlıq etmək.

  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.

  • Mövcud və yeni məhsullar haqqında daim məlumatlı olmaq və öz biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək.

  • Anbarla əlaqədə olub məhsul stoklarını nəzarətdə saxlamaq.

Tələb edilən bacarıqlar və təhsil

  • Orta ixtisas təhsilli.

  • Elektronika sahəsində ən azı 1-3 il satış təcrübəsi arzuolunandır.

  • Satış texnikaları və müştəri psixologiyası barədə biliklərə sahib olmaq.

  • Azərbaycan və rus dilləri sərbəst,  ingilis dilini bilmək üstünlükdür.

  • 1C proqramında işləmə bacarığı.

  • Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.

  • Satış texnikaları və müştəri etirazlarını idarəetmə bacarığı.

  • Problemləri həll etmə və qərarvermə bacarığı.

  • Komanda ilə işləmə və təşəbbüskarlıq.

  • İş saatları və əmək şərtləri

  • Əmək haqqı:    600 AZN (+ bonus)

  • İş qrafiki: Növbəli iş qrafiki.

İş yeri: Babək prospekti və Süleyman Vəzirov küçəsi kəsişməsi, Ağ Şəhər, City Park Mall.

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi (City Park Mall)” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

MS My Shops MMC
My Shops MMC

Oxşar vakansiyalar

Hamısına bax