MLF Makfit Lifestyle Fitness clubMakfit Lifestyle Fitness club

Satış Mütəxəssisi

17 saat əvvəl yerləşdirilib Mənbə
Müştəri xidməti
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
15 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

MAKFIT komandasına Satış Mütəxəssisi axtarır.

Əsas vəzifələr:

  • Kluba müraciət edən potensial üzvləri qarşılamaq və klub turu keçirmək.
  • Üzvlük paketlərini peşəkar şəkildə təqdim etmək və satışını həyata keçirmək.
  • Telefon, WhatsApp, Instagram və digər kanallardan daxil olan müraciətləri operativ cavablandırmaq.
  • CRM sistemində bütün lead-ları qeydiyyata almaq, izləmək və mütəmadi əlaqə saxlamaq.
  • Potensial müştəriləri üzvlüyə çevirmək üçün aktiv satış prosesi aparmaq.
  • Mövcud kampaniyalar və xidmətlər barədə müştəriləri məlumatlandırmaq.
  • Gündəlik və aylıq satış hədəflərinin yerinə yetirilməsində iştirak etmək.
  • Satış fəaliyyəti üzrə rəhbərliyə mütəmadi hesabat təqdim etmək.

Tələblər:

  • Satış sahəsində minimum 1 il iş təcrübəsi.
  • Güclü ünsiyyət və təqdimat bacarığı.
  • Müştəriyönümlü yanaşma və nəticə yönümlü düşüncə.
  • Azərbaycan və rus dilini səlis bilməli, ingilis dili biliyi üstünlükdür.
  • MS Office proqramlarında işləmək bacarığı.
  • CRM sistemləri ilə işləmək təcrübəsi üstünlük hesab olunur.

Biz təklif edirik:

  • Rəqabətədavamlı əməkhaqqı.
  • Satış nəticələrinə əsaslanan bonus sistemi.
  • Premium iş mühiti və peşəkar komanda.
  • Karyera inkişafı və yüksəlmə imkanları.

CV və portfolionu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin

MLF Makfit Lifestyle Fitness club
Makfit Lifestyle Fitness club

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et