Satış təmsilçisi
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
Şirkətin tibbi məhsullarını xəstəxana, klinika və digər tibb müəssisələrinə təqdim etmək;
Yeni müştərilər tapmaq və mövcud müştərilərlə əlaqələri inkişaf etdirmək;
Müştərilərin ehtiyaclarını müəyyənləşdirərək uyğun məhsullar təklif etmək;
Görüşlər keçirmək və kommersiya təklifləri hazırlamaq;
Satış planının yerinə yetirilməsini təmin etmək;
Bazar və rəqiblər haqqında məlumat toplamaq;
Satış fəaliyyəti üzrə hesabatlar təqdim etmək.
Tələblər:
Satış sahəsində iş təcrübəsi;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq;
Tibbi məhsulların satışında təcrübə üstünlükdür;
Sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması üstünlükdür.
Şirkət tərəfindən məhsullar üzrə təlim və iş prosesində dəstək göstərilir.
İş yeri: Bakı şəhəri, Yasamal
Əməkhaqqı və motivasiya sistemi: müsahibə əsasında
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Ətraflı məlumat üçün 055 299 59 01 nömrəsi vasitəsi ilə whatsappdan əlaqə saxlaya bilərsiniz.
”FACET” MMC şirkəti, 2005-ci ildə Azərbaycanda gündən günə böyüyən və inkişaf edən tibb sektorunda istehlakçıların məhsul və xidmət ehtiyaclarını tək nöqtədən qarşılaya biləcəkləri bir mərkəz olmaq…