AB Arzum BeautyArzum Beauty

Satış təmsilçisi

Bakı 3 həftə əvvəl yerləşdirilib Mənbə
Tam ştat 1 ildən az Satış
Aylıq maaş
₼500+
Son müraciət tarixi
25 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Arzum Beauty-dən vakansiya: Satış təmsilçisi tələb olunur

Vəzifə öhdəlikləri:
– Mağazaya daxil olan müştərini gülərüz və nəzakətlə salamlamaq.
– Müştərinin ehtiyaclarını müəyyən etmək, diqqətlə dinləyib və sorğularını dəqiqləşdirmək.
– Müştərinin istəklərinə uyğun məhsulu təqdim etmək, məhsulun keyfiyyəti, xüsusiyyətləri, istifadəsi və qiyməti barədə dolğun məlumat vermək.
– Alternativ məhsullar təklif edərək müştərinin seçim imkanlarını genişləndirmək.
– Müştərinin verdiyi suallara dəqiq, düzgün və aydın cavab vermək.
– Məhsulların qiymət etiketlərinin düzgün qeyd olunmasına, kampaniya və endirim dövrlərində qiymətlərin vaxtında yenilənməsinə nəzarət etmək.
– Müştərinin doğru seçim etməsinə kömək edib, alış prosesini asanlaşdırmaq.
– Müştəri məhsul almağa qərar verdikdə onu nəzakətlə kassaya yönləndirmək..
– Satış zalında məhsulların səliqəli, düzgün və standartlara uyğun şəkildə düzülməsinə nəzarət etmək.
– Mağaza daxili qaydalara, etik davranış normalarına və intizam tələblərinə əməl etmək.
– Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri, stoku və qiymətləri haqqında tam informasiyaya sahib olmaq.
– Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında və düzgün icra etmək.
– Heç bir halda müştərilərdən pul götürməmək və xəzinədara yönəltmək.
– Hər bir satışı mütləq tamamlamalı, iadələrdə fiş tələb etmək, qaydalar çərçivəsində iadə qəbul edib, iadə yazan satış menecerinə yönəltmək.

Namizədlərə tələblər:
– Təhsil: Orta xüsusi
– İş təcrübəsi: 1 ilə kimi

İş şəraiti:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 10:00-dan 22:00-kimi (növbəli qrafik) nahar fasiləsi 13:00-dan 14:00-kimi

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 500 manat təşkil edir + bonus
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış təmsilçisi” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil

 

 
 

AB Arzum Beauty
Arzum Beauty

Oxşar vakansiyalar

Hamısına bax