HPF Hajigabul Poultry Farm CompanyHajigabul Poultry Farm Company

Satış üzrə mütəxəssis (Hacıqabul)

12 saat əvvəl yerləşdirilib Mənbə
Müştəri xidməti
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
26 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş barədə məlumat:

  • Müştəri bazası ilə mütəmadi əlaqə saxlamaq və müştəri məmnuniyyətini təmin etmək;
  • Müştərilərlə düzgün ünsiyyət qurmaq, borc xatırlatmaları və ödəniş planları hazırlamaq;
  • Müştəri şikayətləri ilə bağlı məsələləri nəzərə alaraq həll yolları təklif etmək;
  • Satış əməliyyatlarının düzgünlüyünü təmin etmək, müştəri əməliyyatlarını izləmək və müvafiq sənədləri hazırlamaq;
  • Hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək, müştəri borcları və ödənişlər barədə məlumat vermək;

İş şəraiti

  • İş yeri - Hacıqabul
  • 6 günlük iş rejimi və həftədə bir gün istirahət;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Servis mövcüddur (Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
  • Əmək haqqı: Müsahibə əsasında.

Tələblər:

  • Orta ixtisas və ya Ali təhsil (arzu olunandır );
  • Yaş həddi: 25 - 40 yaş arası;
  • Hacıqabul, Şirvan və ya Sabirabaddan müraciət edən namizədlərə üstünlük veriləcəkdir;
  • Satış və müştəri xidməti sahəsində ən azı 2 il iş təcrübəsi (quşçuluq və ya qida məhsulları sahəsində təcrübə üstünlükdür);
  • MS Office (xüsusilə Excel) proqramında işləmə bacarığı;
  • Borc idarəetməsi və müştəri hesablarının izlənməsi sahəsində təcrübə;
  • Yüksək ünsiyyət və müştəri xidmətləri bacarıqları;
  • Komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq;

Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi və əlaqə məlumatlarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

HPF Hajigabul Poultry Farm Company
Hajigabul Poultry Farm Company

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et