Sənəd Şöbəsi üzrə Mütəxəssis
21 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya İnsan resursları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş şəraiti
- İş qrafiki: Həftənin 6 günü (Bazar ertəsi-Şənbə)
- İş saatları: 10:00–19:00
Vəzifə öhdəlikləri:
- Şirkətə daxil olan və göndərilən sənədlərin qəbulunu, qeydiyyatını və arxivləşdirilməsini həyata keçirmək.
- Müqavilələrin, rəsmi məktubların və digər sənədlərin hazırlanmasına dəstək vermək.
- Sənədlərin düzgün tərtib olunmasına və dövriyyəsinə nəzarət etmək.
- Elektron və fiziki sənəd bazasını yeniləmək və idarə etmək.
- Dövlət qurumları, universitetlər və tərəfdaşlarla sənəd mübadiləsini təşkil etmək.
- Tələb olunan arayış, təsdiq və digər sənədləri vaxtında hazırlamaq.
- Sənəd dövriyyəsi ilə bağlı hesabatlar hazırlamaq.
- Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
- Ali təhsil.
- Sənəd dövriyyəsi və ya inzibati sahədə minimum 1 il iş təcrübəsi.
- Azərbaycan dilini sərbəst bilmək. Rus və ya ingilis dili biliyi üstünlükdür.
- Microsoft Office proqramlarında, CRM ilə işləmə bacarığı.
- Diqqətli, məsuliyyətli və yüksək təşkilatçılıq bacarığı.
- Yazılı və şifahi ünsiyyət bacarığı.
- Komanda ilə işləmək və vaxtın düzgün idarə olunması bacarığı.
Şirkət təklif edir:
- Rəqabətli əməkhaqqı.
- Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
A 
AzStudy
Təhsil
AzStudy xaricdə təhsil mərkəzidir. Türkiyə, Ukrayna, Rusiya, Avropa ölkələri, ABŞ ve bir çox ölkələrdə təhsil almaq istəyən tələbələrə dəstək olur. 10 ildən çoxdur ki, fəaliyyətdədir.